azia.az
azia.az

Beynəlxalq Bank ötən ili 812 milyon manatlıq zərərlə başa vurub

1-06-2016, 06:02

Beynəlxalq Bank ötən ili 812 milyon manatlıq zərərlə başa vurub 2015-ci ildə Azərbaycan Beynəlxalq Bankının aktivləri 13 mlrd. 657,275 mln. manata çatıb ki, bu da 2014-cü ilin analoji dövrü ilə müqayisədə 48,5% çoxdur.

Gün.Az xəbər verir ki, bu barədə məlumat bankın yaydığı konsolidasiya edilmiş maliyyə hesabatı və auditor rəyində yer alıb.

Hesabat dövründə bankın kredit portfelinin həcmi 28,3% azalaraq 5 mlrd. 635,583 mln. manat təşkil edib.

Hesabat dövründə bankın öhdəlikləri kəskin artıb. Belə ki, 2014-cü ildə bankın öhdəlikləri 8 mlrd. 512,184 mln. manat olduğu təqdirdə, 2015-ci ilin sonuna bu göstərici 12 943,235 mln. manata çatıb. Beləliklə, öhdəliklər 1 il ərzində 52% artıb.

Ötən il bankın nizamnamə kapitalı 8,66% artaraq 641,287 mln. manat, məcmu kapitalı isə 4,15% artaraq 714,040 mln. manat təşkil edib.

Qeyd edək ki, bank 2015-ci ili 812,187 mln. manatlıq zərərlə başa vurub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi