azia.az
azia.az

Daha bir peşəkar boksçu döyüşün qurbanı oldu

26-07-2019, 09:42

Daha bir peşəkar boksçu döyüşün qurbanı oldu
Daha bir boksçu döyüşdən sonra ölüb. REN TV xəbər verir ki, hadisə Argentinada olub.23 yaşlı argentinalı idmançı Huqo Ulfredi Santliyan Uruqvay çempionu Eduard Xavier Abreu ilə döyüşdən sonra vəfat edib.10 raund davam edən və heç-heçə ilə başa çatan döyüşdən sonra xəstəxanaya aparılan boksçunun beyninə qan sızdığı bəlli olub. Onu əməliyyat etsələr də, həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, bir neçə gün bundan qabaq rusiyalı boksçu Maksim Dadaşov ABŞ-da keçirdiyi döyüşdən sonra ölmüşdü.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi