azia.az
azia.az

Vəkil Pərviz Həşimlinin başına gələnləri açıqladı

18-08-2016, 16:26

Vəkil Pərviz Həşimlinin başına gələnləri açıqladıBəhruz Bayramov: «Jurnalist hadisəni lentə alıb, şikayət hazırlayırıq»
Az əvvəl vəkil Bəhruz Bayramov hazırda Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsində saxlanan jurnalist Pərviz Həşimli ilə görüşüb. Vəkil Bizimyol.info saytına hadisənin necə baş verdiyini danışıb: «Pərivzin bildirdiyinə görə, 24 saylı şəhər poliklinikasınını yaxınlığında yerləşən yeməkxanadan çıxarkən Hilal Əsədovun həyat yoldaşı və sürücüsü ilə rastlaşıb. Xanım əli ilə sürücüsünə Pərvizi göstərərək «məndən yazan budur» deyib. Jurnalist də onun haqqında yalan yazmadığını bildirib, həmçinin əlavə edib ki, onun qanunsuz həbsinə səbəb olanlardan biri də general Hilal Əsədov olub. Sizin mənim yazdıqlarımdan narazılığınız varsa, təkzib verə bilərdiniz. H.Əsədovun xanımı isə öz növbəsində «həyat yoldaşım general olanda hamı mənə «çest» verirdi» deyib. Pərivz bu hadisənin təxribat olacağından ehtiyyatlanıb xanımla dialoqunu lentə alıb. Bu zaman onun sürücüsü jurnalistə hücum edərək telefonu əlindən almağa çalışb və ona zor tətbiq edib. Hadisə yerindən uzaqlaşan jurnalist polis əməkdaşları tərəfindən saxlanılaraq bölməyə gətirilib».

Bəhruz Bayramov daha sonra bildirdi ki, Hilal Əsədovun xanımı jurnalistdən polisə şikayət edib. O, çalışdığı poliknikanın əməkdaşlarını da gətirərək hadisəyə şahid kimi göstərməyə cəhd edir ki, guya Pərviz kimisə döyüb və s. Halbu ki, onlar hadisə yerində olmayıblar. Biz də öz növbəmizdə şikayət hazırlayırıq. Jurnalistə qarşı zor tətbiq edilib, onun peşə fəaliyyətini həyata keçirməsinə maneə yaradılıb»-deyə vəkil vurğulayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi