azia.az
azia.az

Bakıda məktəbdə partlayış baş verdi

23-05-2016, 08:50

Bakıda məktəbdə partlayış baş verdi Bakının Xətai rayonunda yerləşən 95 saylı orta məktəbdə partlayış baş verib.

Ölkə.Az azVision.az-a istinadən xəbər verir ki, hadisə bir neçə dəqiqə bundan öncə olub.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev bildirib ki, hadisə ilə bağlı əraziyə 2 briqada göndərilib.
Onun sözlərinə görə, hadisənin səbəbi və xəsarət alanların olub-olmaması haqda məlumat yoxdur.
İlkin ehtimallara görə, partlayışdan sonra məktəbin binasında yanğın baş verib. Yanğın hadisəsi qısaqapanma nəticəsində qeydə alınıb.
Məktəbdə olan bütün şagirdlər təxliyə olunub.
Faktı Fövqəladə Hallar Nazirliyindən təsdiqləyiblər. Bildirilib ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin texnika və canlı qüvvəsi, həmçinin Təcili Tibbi yardım maşınları cəlb olunub.
Partlayışın baş vermə səbəbi hələlik bilinmir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi