azia.az
azia.az

Bakı şəhəri qlobal bahalılıq reytinqində 182-ci yeri tutub

27-09-2017, 15:40

Bakı şəhəri qlobal bahalılıq reytinqində 182-ci yeri tutub


Bakı şəhəri bahalılığına görə dünya reytinqində 182-ci yerdə qərarlaşıb.

"Report" xəbər verir ki, bu barədə ABŞ-ın Nyu-York şəhərində yerləşən "Mercer" beynəlxalq konsaltinq şirkəti dünyanın 5 qitəsi və 209 şəhəri arasında apardığı reytinq araşdırmasında bildirib.

Hesabata əsasən, 2017-ci ilin bahalılıq indeksi üzrə lider Anqolanın paytaxtı Luanda şəhəri yer alıb. İlk onluğa həmçinin Honq-Konq, Tokio (Yaponiya), Sürix (İsveçrə), Sinqapur, Seul (C.Koreya), Cenevrə (İsveçrə), Şanxay (Çin), Nyu-York (ABŞ) və Bern (İsveçrə) daxildir.

Moskva reytinq sıralamasında 14-cü, Dubay 20-ci, London 30-cu, Sankt-Peterburq 36-cı, İstanbul 142-ci, Kiyev 163-cü, Almatı 175-ci yerdə qərarlaşıb. Ermənistan paytaxtı siyahıda 195-ci, Tbilisi 204-cü, ən ucuz 3 şəhər isə Skopye (Makedoniya), Bişkek (Qırğızıstan) və Tunis seçilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi