azia.az
azia.az

AÇ-2016: İsveçrə millisi play-offda

20-06-2016, 02:10

AÇ-2016: İsveçrə millisi play-offda Avro-2016-da qrup mərhələsinin III turuna start verilib.

APA-nın məlumatına görə, “A” qrupunda iki oyun keçirilib.

Artıq 1/8 finala vəsiqəni təmin edən Fransa yığması İsveçrə ilə qarşılaşıb. Oyun 0:0 hesabı ilə heç-heçə başa çatıb.Qrup mərhələsində 5 xal toplayan İsveçrə millisi play-off mərhələsinə vəsiqə qazanıb.

Qrupun digər matçında Albaniya Rumıniya ilə görüşüb. Oyunda yeganə qolu albaniyalı Armando Sadiku vurub. Beləliklə, rəqibini qabaqlayan Albaniya 3 xalla qrupda 3-cü yeri tutub.

Məlum olduğu kimi, AVRO-2016-da ən yaxşı nəticə göstərən dörd qrup üçüncüsü 1/8 finala vəsiqə qazana biləcək. Beləliklə, Albaniyanın pley-off mərhələsinıə yüksəlməsi digər qruplardakı mübarizənin nəticələrindən asılı olacaq.


Avropa çempionatı
Qrup mərhələsi

III tur 19 iyun

A qrupu
Rumıniya - Albaniya - 0:1
Qol: Sadiku, 43

İsveçrə - Fransa - 0:0

1. Fransa 3 2 1 0 4-1 7
2. İsveçrə 3 1 2 0 2-1 5
3. Albaniya 3 1 0 2 1-3 3
4. Rumıniya 3 0 1 2 2-4 1


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi