azia.az
azia.az

Nazirlik: “Sərhəddə saxlanılan sahibkar məhsulun Rusiyaya ixrac olunması ilə bağlı müraciət etməyib”

18-06-2016, 07:44

Nazirlik: “Sərhəddə saxlanılan sahibkar məhsulun Rusiyaya ixrac olunması ilə bağlı müraciət etməyib” İyunun 16-da Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidməti (“Rosselxoznadzor”) Dağıstan Respublikası İdarəsinin mətbuat xidməti, Azərbaycan Respublikasından Rusiya Federasiyasına aparılan 45 kiloqram gilas məhsulunun “Yaraq-Kazmalar” buraxılış məntəqəsində saxlanılması ilə bağlı məlumat yayıb.

Gün.Az-ın məlumatına görə, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin mətbuat katibliyinin məsələ ilə bağlı yaydığı açıqlamada bildirilir ki, sərhəddə saxlanılan sahibkar məhsulun Rusiyaya ixrac olunması ilə bağlı bizə müraciət etməyib və 45 kiloqramlıq gilas məhsulunu əl yükü kimi qanunsuz olaraq qonşu ölkəyə keçirmək istəyib.

“Rosselxoznadzor” saxlanılan şəxsin kimliyi və məhsulun saxlaması ilə bağlı DFNX-yə heç bir məlumat verməyib.

Qeyd edək ki, Rusiya və digər ölkələrə məhsul ixrac edən sahibkarlar əvvəlcə Dövlət Xidmətinin müvafiq Rayonlararası Bitki-Karantin Məntəqələrinə müraciət etməli, yük müvafiq prossedurlardan keçdikdən sonar imtina üçün əsas olmadıqda, yükə fitosanitar sertifikat verilir.

Cari ilin əvvəlində Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında kənd təsərrüfatı və ərzaq məhsullarının ixracı ilə bağlı yaranan problemlər artıq aradan qaldırılıb və azərbaycanlı sahibkarlar rahat şəkildə Rusiya ilə idxal-ixrac əməliyyatı həyata keçirə bilirlər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi