azia.az
azia.az

Göyərtəsində 21 nəfər olan təyyarə yoxa çıxıb

24-02-2016, 10:37

Göyərtəsində 21 nəfər olan təyyarə yoxa çıxıb Nepal dağlarında təyyarə yoxa çıxıb.
"Tara Airlines" aviaşirkətinə məxsus, Pokhardan Comsoma uçan təyyarə ilə əlaqə fevralın 24-də səhər saatlarında itib.
"Twin Otter" təyyarəsinin göyərtəsində 18 sərnişin, 3 ekipaj üzvü olub.
Yerli məmurların bildirdiyinə görə, təyyarənin pis hava şəraitində dağlarda qəzaya uğradığı ehtimal olunur.
Axtarışlara vertolyotlar cəlb olunsa da, hava şəraiti axtarış işlərini çətinləşdirir.
Pokhar-Comsom arasında məsafə 50 km-dir, qrafik üzrə uçuş 18 dəqiqə çəkir. Dağlıq ərazilərə səyahət edənlər Comcomdan yola salınır. İki aeroport arasında uçuş-enmə zolağı yoxdur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi