azia.az
azia.az

Bakıda İran vətəndaşları saxta viza ilə uçmaq istədilər

23-02-2016, 19:18

Bakıda İran vətəndaşları saxta viza ilə uçmaq istədilər Heydər Əliyev Beynəlxalq Hava Limanında dörd İran vətəndaşının saxta viza sənədləri ilə Azərbaycana daxil olması müəyyən edilib.
Hava limanından verilən məlumata görə, fevralın 22-si “British Airways” aviaşirkətinin “BA144” nömrəli Bakı-London reysinə sərnişinlərin qeydiyyatı prosesində sərnişin xidməti üzrə departamentin sərnişin aviadaşınmalarının təşkili xidmətinin pasport və vizaların yoxlanması üzrə qrupunun mütəxəssisləri İran vətəndaşları olan sərnişinlər Masoumi Fatemeh, Mahdi İsfahani Shervan, Masoumi Mehdi və Javidtash Fatemehin Böyük Britaniya vizalarının saxta olduqlarını müəyyən ediblər.
Pasport və vizaların yoxlanması üzrə qrupun mütəxəssislərinin bu barədə verdikləri məlumat əsasında həmin sərnişinlər reysdən kənarlaşdırılıb və Dövlət Miqrasiya xidmətinə təhvil verilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi