azia.az
azia.az

Məşhur qrupun bütün üzvləri qəzada öldü

15-02-2016, 11:13

Məşhur qrupun bütün üzvləri qəzada öldü Qrup üzvlərinin maşını körpüdəki maneələrə çırpılaraq kanala düşüb.

Britaniyanın məşhur rok qrupu “Viola Beach”in bütün üzvləri avtoqəzada ölüb.
Stokholmda turneyə çıxan ifaçılar Londona qayıtmaq üçün Arlanda Hava Limanına gedərkən qəzaya düşüblər.
Qrupun avtomobili Stokholmun yaxınlığında körpü maneələrinə çırpılaraq kanala düşüb. Hadisə zamanı rok qrupun 4 üzvü və meneceri maşında olub. Onların hamısı qəza nəticəsində dünyalarını dəyişib.
İsveç polisi bildirir ki, hadisə fevralın 13-də baş verib. Lakin qəzaya uğrayanların britaniyalı qrup üzvləri olduğu sonradan bilinib.
2013-cü ildə tanınmış aktyor Pol Uoker də qəzanın qurbanı olub. O, 3 il öncə - dekabrın 1-də Los-Ancelesin yaxınlığındakı Santa-Klarita şəhərində dostu ilə birlikdə qəzaya uğrayıb. Nəticədə onların hər ikisi dünyalarını dəyişib.
“Forsaj” filmlərinin amerikalı ulduzu, aktyor Pol Uoker Hollivudun “Forest Lawn Memorial Park” qəbiristanlığında dəfn edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi