azia.az
azia.az

Rusiyada seçkilərin ilkin nəticələri məlum oldu

19-09-2016, 08:29

Rusiyada seçkilərin ilkin nəticələri məlum oldu
Dmitri Medvedev: “Vahid Rusiya” partiyası seçkilərdə qələbə qazanıbVladimir Putin “Vahid Rusiya” Partiyasının qərargahında olub
Rusiyada parlament seçkiləri başa çatıb. Moskva vaxtı ilə saat 21:00-da ölkənin ən qərb regionu olan Kalininqrad vilayətində seçki məntəqələri bağlanıb.

Rusiya Mərkəzi Seçki Komissiyası artıq seçkilərə dair ilk məlumat verib. Belə ki, protokollarının 6,72 faizinin hesablanması başa çatıb. Hakim “Vahid Rusiya” partiyası 44,15%, Liberal Demokrat Partiyası – 18,39%, Kommunist Partiyası – 17,24%, “Ədalətli Rusiya” isə 6,24 % səs toplayıb.

***

Rusiya Dövlət Dumasına keçirilən seçkilərdə hakim “Vahid Rusiya” Partiyası qələbə qazanıb.
Bunu Rusiyanın baş naziri Dmitri Medvedev bəyan edib.

“Yeni Dövlət Dumasında “Vahid Rusiya” mütləq çoxluğa malik olacaq”, deyə D.Medvedev bildirib.

***
Rusiya prezidenti Vladimir Putin və baş naziri Dmitri Medvedev Vahid Rusiya Partiyasının qərargahında olublar.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, V. Putin Rusiya vətəndaşlarının ölkədəki vəziyyətin sadə olmadığını anladığını söyləyib:" Ona görə də vətəndaşlar siyasi sistemdə stabillik gözləyirlər. İnsanlar istəyirlər ki, siyasi sahədə, parlamentdə, ümumilikdə ölkədəki vəziyyət etibarlı olsun. Bu, seçicilərimizin istədiyi nəticədir".

Rusiya prezidenti seçicilərin Vahid Rusiya Partiyasına, ölkənin aparıcı siyasi qüvvəsinə inandıqlarını söyləyib: "Seçicilər Vahid Rusiyaya inanır. Bu inamın haqqını vermək lazımdır. Təkmandatlı dairələrdən seçilənlər ilə birlikdə işləmək lazımdır.

Qeyd edək ki, Putin Vahid Rusiya Partiyasının Dövlət Dumasına seçkilərdə qələbə qazandığını bəyan edib.

Rusiya Mərkəzi Seçki Komissiyası artıq seçkilərə dair ilk məlumat verib. Belə ki, protokollarının 6,72 faizinin hesablanması başa çatıb. Hakim “Vahid Rusiya” partiyası 44,15%, Liberal Demokrat Partiyası – 18,39%, Kommunist Partiyası – 17,24%, “Ədalətli Rusiya” isə 6,24 % səs toplayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi