azia.az
azia.az

Azərbaycanlı qadının türk ərini öldürən çoban: Gecə məni yuxudan qaldırıb zorladı

29-10-2017, 09:04



Azərbaycanlı qadının türk ərini öldürən çoban: Gecə məni yuxudan qaldırıb zorladı

Türkiyənin Kayseri şəhərində 42 yaşlı fermeri 36 yerindən bıçaqlayaraq öldürən 17 yaşlı əfqan çoban N.A.-nın məhkəmə prosesi keçirilib.

Qətl 25 mart tarixində törədilib.

Həbs edilən N.A. törətdiyi qətli soyuqqanlılıqla danışıb:

"Pınarbaşı qəsəbəsinə gəldiyimdə Rufan Demirci məni çoban olaraq işə götürdü. 7 gün yanında çobanlıq etdiyim Rufan Demirci bir gecə məni yuxudan qaldıraraq zorladı. Pulum olmadığı və heç kimi tanımadığım üçün polisə gedərək şikayət edə bilmədim. Olay günü qoyunları otlağa aparandan sonra axura döndüyümdə "Qoyunlardan biri əksik, səni öldürəcəm" dedi. Mən də bundan sonra qorxdum və işləməyəcəyimi dedim. Bıçaqla mənə təcavüz etməyə çalışdı. Əlindəki bıçağı aldım və dəfələrlə onu vurdum. Azadlığa buraxılmaq istəyirəm".

Öldürülən şəxsin 20 illik həyat yoldaşı olan Azərbaycan vətəndaşı isə ifadəsində, olayı görmədiyini deyib. Qadın şübhəlinin cinayətdən 7 gün öncə çoban olaraq işə düzəldiyin deyib:

"Evin arxasındakı çoban otağında qalırdı. Ərimlə heç vaxt mübahisə, dava etmədilər. Türkcə bilmədiyi üçün çox da ünsiyyət qura bilmirdilər. Evimizdə ona öz uşağımız kimi baxdıq. Məhkəmədə söylədiyi təcavüz iddiası yalandır. Ən ağır şəkildə cəzalandırılmasını istəyirəm".

Məhkəmə təxirə salınıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi