azia.az
azia.az

Bakıda özünü öldürən şəxsin məktubu tapıldı - "MƏNİ BAĞIŞLAYIN"

23-05-2016, 22:08

Bakıda özünü öldürən şəxsin məktubu tapıldı - "MƏNİ BAĞIŞLAYIN" Mayın 20-də Bakı şəhərinin Suraxanı rayonunda baş vermiş intihar hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az-ın əldə etdiyi məlumata görə, Əmircan qəsəbəsində yaşadığı evdə intihar edən 59 yaşlı Kərim Əzizovun məktubu tapılıb. O, məktubunda bildirib ki, xəstəliyinin verdiyi ağrılara görə yaşaya bilmir: "Məni bağışlayın, ağrılara dözə bilmirəm. Kimsədə günah görməyin, artıq yaşamaq istəmirəm".
Qeyd edək ki, K.Əzizov xəstəliyi ilə əlaqədar bir neçə dəfə əməliyyat olunubmuş. Onun asılı vəziyyətdə qalmış meyitini mayın 20-si səhər saatlarında həyat yoldaşı aşkarlayıb.
K.Əzizov 2 uşaq atası olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi