azia.az
azia.az

NURA QƏRQ OLAN GƏNCƏ – Ziyalı mövqeyi

28-09-2021, 22:14

ELÇİN CAVADOV, Gəncə Dövlət Universitetinin
kafedra müdiri, texnika elmləri doktoru.

NURA QƏRQ OLAN GƏNCƏ – Ziyalı mövqeyi
Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü düşünülmüş siyasət nəticəsində respublikamız beynəlxalq arenada öz mövqeyini daha da möhkəmləndirmiş, uzun illər həsrətində olduğumuz torpaqlar işğaldan azad olunmuş, Azərbaycanda uğurlu sosial və iqtisadi islahatlar aparılmışdır.

Azərbaycan iqtisadiyyatının dinamik inkişafı, regionlarda aparılan abadlıq-quruculuq işləri ölkə iqtisadiyyatının yüksəldilməsi ölkə başçısı İlham Əliyevin düşünülmüş, bariz siyasətinin nəticəsidir. Bu gün dövlət siyasətinin əsas prinsiplərindən biri – Azərbaycanın möhkəmlənməsi, güclü iqtisadi potensialın yaradılması və Azərbaycan xalqının təhlükəsiz şəraitdə, rifah içində yaşamasıdır. Bu məqsədlə yeni iqtisadi proqramlar qəbul edilir və bu proqramlar uğurla icra edilməkdədir.
NURA QƏRQ OLAN GƏNCƏ – Ziyalı mövqeyi
Yaşadığım Gəncə şəhərində gözlərimiz qarşısında aparılan geniş miqyaslı abadlıq, quruculuq, yenidənqurma işləri bir ziyalı kimi məni çox sevindirir.



Gəncə şəhəri respublikamızın sürətlə inkişaf edən bölgələrindən biridir. Burada abadlıq-quruculuq işlərinin miqyası ildən-ilə genişlənir, əhalinin rahatlığına, rifah halının yaxşılaşmasına təminat yaradan iri layihələr həyata keçirilir.

NURA QƏRQ OLAN GƏNCƏ – Ziyalı mövqeyi

Dünyanın inkişaf etmiş şəhərlərində, xüsusən şəhər mərkəzindən kənar qəsəbələrin işıqlandırılması, həmin ərazilərdə elektrik dirəkləri və digər işıqlandırma vasitələrinin bərabər paylanması kimi amillərə xüsusi diqqət yetirilir. Bir neçə il bundan əvvəllər axşam düşəndə şəhər qaranlığa qərq olurdu. Mərkəzi küçəni çıxmaq şərti ilə bütün küçələr qaranlıq idi, bu amil bir tərəfdən işıqlandırılmayan ərazilərdə cinayət hadisələrinin, piyada ölümü, yol-nəqliyyatı hadisələrinin, xüsusilə də soyğunçuluq hallarının yaşanmasına rəvac verirdi. Çox saylı küçə kameraları da bu halda işə yaramırdı.

Hal-hazırda Gəncənin küçə işıqlandırılması ilə bağlı yeni layihənin icrasına başlanılıb. Müasirliklə qədimliyin vəhdətini təşkil edən qədim tarixə malik olan Nizami yurdunun göz oxşayan məkanlarında, küçə və prospektlərində, o cümlədən qəsəbələrində görülən bu tədbirlərin əsas məqsədi sakinlərin və şəhərə



gələn qonaqların rahatlığını təmin etməkdir. Cari ilin sentyabr ayının əvvəlindən icrasına başlanılan layihədə işlər üç – A (qazıntı işlərinin aparılması), B (elektrik kabellərinin çəkilməsi) və C (işıq dirəklərinin basıdırlması) kateqoriyaları üzrə aparılır. Bəzi küçələrdə artıq işlər başa çatdırılıb. Bu işıqlandırma sistemləri şəhər əhalisinin rahatlığını təmin edir, onun yaratdığı fon isə gecə vaxtı şəhərə əsrarəngsiz bir gözəllik verir.

NURA QƏRQ OLAN GƏNCƏ – Ziyalı mövqeyi

Gəncənin Cavad xan və Məhsəti qəsəbələrində, Gülüstan yaşayış massivində, Qarabağ, X.Rəfibəyli, Aşıq Ələsgər və digər küçələrində isə A kateqoriyası üzrə işlər yekunlaşmaq üzrədir. Oktyabr ayından isə işıq dirəklərinin quraşdırılmasına başlanılacaq.

Layihə çərçivəsində ümumi uzunluğu 245 kilometr olan 400-dən artıq küçədə 8000 yeni işıq dirəyi quraşdırılması nəzərdə tutulub. Layihənin yekununda şəhərin müxtəlif əraziləri “Fillips” şirkətinin müasir plafonları və led lampaları ilə işıqlandırılacaqdır.

Qeyd edək ki, sözügedən layihənin icrasını Gəncə Şəhər İcra Hakimiyyəti həyata keçirir. Layihənin icrası ilə bağlı bir çox şəhər sakini də işlə təmin olunub. Belə ki, hər üç kateqoriya üzrə işlərə 200-ə yaxın işçi cəlb edilib. Bundan başqa yaxın günlərdə Gəncədə “LED” lampa istehsal edən yeni müəssisə fəaliyyətə başlayacaq. “Zaferoğlu Elektrik” MMC olaraq fəaliyyət göstərəcək yeni müəssisədə “LED” lampalar istehsal ediləcək. Müəssisədə aparılan işlər artıq yekunlaşmaq üzrədir. Burada istehsal olucanaq “LED” lampalar standart lampalarla müqayisədə enerjiyə 10 dəfəyədək qənaət etməyə imkanı verir. Zavod oktyabr ayının sonuna kimi istismara veriləcək və burada ilkin olaraq 100 nəfər işlə təmin olunacaq ki, müəssisə tam gücü ilə fəaliyyətə başladıqdan sonra bu sayın 500-ə çatdırılması hədəflənir. Bu da Gəncə şəhəri üçün böyük rəqəmdir.

NURA QƏRQ OLAN GƏNCƏ – Ziyalı mövqeyi

Respublika Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq Gəncədə aparılan təmir-bərpa və abadlıq işləri geniş vüsət alıb. Mütəmadi xarakter daşıyan bu tədbirlərə Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təssərüfat İstehsalat Birliyinin Təmir-tikinti şöbəsinin canlı qüvvə və texnikası cəlb olunmuşdur. Hər gün şəhərin müxtəlif ərazilərində təmizlik işləri aparılır, yaşıllıqlar salınır, işıq dirəkləri yenilənir və digər tədbirlər görülür.



Artıq şəhərin əsas girişindəki Qala Qapılarının, yolun sağ tərəfində ucaldılan dahi Nizaminin “Xəmsə”sinin poemalarının adı verilmiş kitab abidələrin təmir-bərpa işləri sona çatdırılıb. Abidələrin önündə və magistral yolun kənarında yerləşən işiq dirəklərində köhnə lampalar müasir standartlara cavab verən yeni led lampalarla əvəz olunub. Eyni zamanda, şəhərin Hava Limanı istiqamətindən girişində divarların fasadlarında rənglənmə işləri aparılmış, yaşıllıqlar salınmış, səki yan daşları və gecə işıqlandırma sistemləri tamamilə yenilənmişdir.
NURA QƏRQ OLAN GƏNCƏ – Ziyalı mövqeyi
Bununla yanaşı, Heydər Əliyev Park Kompleksində, Xan Bağında, Gəncə Park-Bulvar Kompleksində, Heydər Əliyev meydanında, Gəncə çayının ətrafında və digər ərazilərdə mövcud yaşıllıqlara xüsusi diqqət göstərilərək ağac və gül kolları suvarılmış, yabanı otlardan təmizlənərək abadlaşdırılmış, Gəncə çayın məcrası məişət tullantılarından təmizlənmişdir.



Şəhər sakinlərin üz tutduqları parklardan biri də Mirzə Şəfi Vazeh parkıdır. Əhalinin bura axın etmələrinə əsas səbəb Gəncənin məşhur “Üç bulaq” kompleksidir. Qeyd edək ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun təşəbbüsü ilə sözügedən bulaq əsaslı şəkildə təmir olunaraq davamlı içməli su ilə təmin olunmuşdur. Həmin ərazidə də geniş abadlıq və quruculuq işləri aparılmışdır.



Məlumdur ki, Gəncədə içməli su, yağış suları və çirkab su xətləri tamamilə yenidən qurulur. Əhalinin kommunal problemlərinin həlli üçün həyata keçirilən infrastruktur layihənin yekunlaşdığı küçə və prospektlər dərhal asfaltlanmaya hazırlanır. Şəhərdə nəinki yeni salınmış qəsəbələrdə, hətta qədim küçələrin çoxunda heç vaxt asfalt, küçə işıqlandıırılması, içməli su və çirkab su xətlərı olmamışdır. Amma indi bu çatışmamazlıqların aradan qaldırılması istiqamətində gərgin işlər gedir, bu ucqar ara küçələr belə tamamilə asfaltlanır, su xətləri çəkilir.

NURA QƏRQ OLAN GƏNCƏ – Ziyalı mövqeyi

Bundan başqa, əhalinin mənzil şəraitinin yaxşılaşdırılması və abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə yanaşı, 3, 4 və 5 mərtəbəli çoxmənzilli binaların dam örtüyünün təmiri işləri də sürətlə davam etdirilir, bu günə qədər ayrılmış vəsait hesabına çoxmənzilli binalrın dam örtükləri təmir edilib, binalarda istismara yararsız liftlər yenisi ilə əvəz edilib. Gəncə çayın sahilində, mərkəzə yaxın yerdə 18-dən artıq hündür mərtəbəli sosial evlər tikilmişdir.Artıq bu binalarda yaşayan insanlar da var.Erməni hücumları nəticəsində evləri dağılan şəxslərə bu binalarda mənzillər verilib.
NURA QƏRQ OLAN GƏNCƏ – Ziyalı mövqeyi
Tikintisinə başlanılan və tezliklə gəncəlilərin ixtiyarına veriləcək Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının yeni binası, həmçinin dünya standartlarına çavab verən İdman sarayı Gəncənin gözəlliyinə yeni bir çalar qatacaq. Vaxtaşırı olaraq Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin texnikaları vasitəsilə Gəncənin əsas küçə və prospektləri koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə məqsədi ilə xusisi dezinfeksiyaedici məhlulla yuyulur. Buna paralel olaraq, park və xiyabanlarda, bank və ATM-lərin qarşısında, dayanacaqlarda, habelə əhalinin sıxlıq təşkil etdiyi digər ərazilərdə də dezinfeksiya işləri görülür. Çoxmənzilli yaşayış binalarının ətrafında, həyət, giriş qəfəsləri və liftlərində də tibbi-profilaktiki tədbirlər həyata keçirilir. Qeyd edək ki, icra olunan bütün tədbirlər şəhər sakinlərinin rahatlığının təmin etmək məqsədilə davamlı şəkildə həyata keçirilir.
NURA QƏRQ OLAN GƏNCƏ – Ziyalı mövqeyi



Respublikamızda şəhid ailələri, müharibədə fiziki sağlamlığını itirən şəxslər və ailə üzvləri xüsusi qayğı ilə əhətə olunublar. Onların sosial problemlərinin həlli, həyat və mənzil-məişət şəraitinin yaxşılaşdırılması hər zaman Respublika Prezidentinin diqqət mərkəzindədir. Ölkənin hər yerində olduğu kimi, Gəncədə də bu istiqamətdə müvafiq işlər görülür. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun tapşırığı ilə Qarabağ əlilləri və şəhid ailələrinin müraciətlərinə xüsusi həssaslıqla yanaşılır, qaldırılan məsələlər yerində araşdırılaraq həll edilir.
NURA QƏRQ OLAN GƏNCƏ – Ziyalı mövqeyi

Vətən müharibəsi zamanı şəhid olan, eyni zamanda Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində həlak olan mülki şəxslərin ailələri tez-tez ziyarət olunur. Ziyarət zamanı şəhid ailələrinin sosial problemləri öyrənilir, onların müraciət və qayğıları dinlənilir, problemlərinin həlli istiqamətində müvafiq işlər görülür.

Məlumdur ki, Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində onlarla fərdi yaşayış evi və mənzil tamamilə dağılıb, minlərlə şəhər sakininin əmlakına ciddi ziyan dəyib. Artıq 9 aya yaxındır ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Gəncə şəhərində dəymiş ziyanın aradan qaldırılması istiqamətində iş aparılır. Eyni zamanda, Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə sakinlərin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələri, podratçı şirkətlərin rəhbərləri ilə görüşləri keçirilir. Bu görüşlərdə fərdi yaşayış evi və mənzillərində bərpa, təmir-tikinti işləri aparılan vətəndaşlar Komitənin Ərazi-Tikinti Planlaşdırma Mərkəzinin əməkdaşları və digər aidiyyəti qurumların nümayəndələri tərəfindən onlayn qaydada tək-tək dinlənilir, onların problemlərinin aradan qaldırılması istiqamətində müvafiq işlər görülür.

Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov tez-tez vətəndaşları pandemiya qaydalarına uyğun olaraq onlayn formatda qəbul edir. Qazi və şəhid ailələri üzvlərinin də qatıldığı bu qəbullarda vətəndaşlar tək-tək çıxış edərək, öz şikayət və təkliflərini bildirirlər. Dinlənilən müraciətlərin əksəriyyəti yerindəcə öz həllini tapır, bəziləri isə araşdırılaraq, qanuna müvafiq formada həll edilməsi üçün qeydiyyata götürülür.

Bütün görülən işlərdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyevin, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Kamran Məhərrəmovun, Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəhbəri İlham Quliyevin və digər məsul şəxslərin əməyi danılmazdır.
NURA QƏRQ OLAN GƏNCƏ – Ziyalı mövqeyi


Bir sözlə, ölkə Prezidentinin Gəncəyə və Gəncəlilərə olan diqqət və qayğısı nəticəsində Gəncə günü-gündən gözəlləşir və qədimliyini saxlamaqla müasir şəhərə çevrilir.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun fəaliyyəti nəticəsində Gəncə şəhəri son aylarda dinamik inkişaf yoluna çıxmış, şəhərdə əsaslı dəyişikliklər baş vermişdir.
NURA QƏRQ OLAN GƏNCƏ – Ziyalı mövqeyi
Mən bir ziyalı kimi fəxr edirəm ki, Gəncə etibarlı əllərdədir, Gəncə çox qürur duyulası, seviləsi, fəxr ediləsi qədim tarixə malik Azərbaycan şəhəri, gözəlliklər diyarıdır. Bu yolda zəhmət çəkənə, sərəncam verənə “çox sağ ol!” deyirik.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi