azia.az
azia.az

"Ordumuz Laçın və Şuşada düşməni mühasirəyə alıb" - AÇIQLAMA

31-10-2020, 01:53


“Artıq demək olar ki, döyüşlərin axırıncı fazasıdır. Hesab edirəm ki, yaxın günlərdə döyüşlər bitəcək və qələbə bizim olacaq”.
"Ordumuz Laçın və Şuşada düşməni mühasirəyə alıb" - AÇIQLAMA
Bu sözləri Redaktor.az-a hərbi ekspert Əbuzər Əbilov Qarabağın azadlığı uğurunda gedən döyüşlərin hazırki vəziyyəti ilə bağlı danışarkən deyib. O, ordumuzun hər gün yeni əraziləri işğaldan azad etdiyini bildirib:

“Hər azad olunan ərazi strateji üstünlükdür. Əldə olunan üstünlük sayəsində düşmən böyük itkilər verməyə məruz qalır və ordumuz Qarabağın daha da dərinliyinə doğru irəliləyir. Bunu düşmən tərəfi də etiraf edir. Belə ki, dünən qondarma rejimin "rəhbəri" Araik Arutyunyan öz xalqına vida müraciəti edib. Bu da onu göstərir ki, hazırda Azərbaycan Ordusu Şuşa və Laçın istiqamətində hər şeyi öz nəzarətinə götürüb və düşməni mühasirəyə alıb. Düşmən artıq çıxılmaz və çarəsiz vəziyyətə düşüb. Yaxın günlərdə müharibə qələbə ilə yekunlaşacaq və 30 illik həsrətə son qoyulacaq”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi