azia.az
azia.az

Samir Adıgözəlli Ukraynada diaspor rəhbəri olan Hikmət Cavadovu yıxıb sürüdü

24-03-2020, 03:06

Samir Adıgözəlli Ukraynada diaspor rəhbəri olan Hikmət Cavadovu yıxıb sürüdü
Samir Adıgözəlli Ukraynada diaspor rəhbəri olan Hikmət Cavadovu yıxıb sürüdü
Pis və ya yaxşı,sənin ölkənin səfiri olub.Cənab prezidentin sərəncamı ilə səfir postundan geri çağırılıb.Amma yenə bu ölkənin diplomatıdır.Milli mənliyiniz necə yol verə bilər ki, bir diplomatı,bir azərbaycanlını bu cür başqa bir ölkədə təhqir edəsən? Bu sözlərim Ukraynada diaspor rəhbəri olan Hikmət Cavadovadır.Erməni diasporuna qarşı mübarizəni bu yollamı aparırsınız?Biyabrçı yeyib-içmək məclisi düzənləyib,badə qaldırıb,salyut göyə ataraq bütün Azərbaycanı dünyada təhqir etdiniz.Sizin bu dırnağarası xidmətinizdən erməni diasporu,erməni xəbər saytları eninə-boyuna istifadə etdilər.İndi gəlirəm bu quruma dəstək göstərən Diasporla iş üzrə Dövlət Komitəsinə.
Hörmətli Fuad Muradov.Həqiqət acı olar. Son günlər yazdığlarım bilirəm ki heç xoşunuza gəlməyib.Amma çox marağlıdır.Hikmət Cavadovun hansı əməli xoşunuza gəlib ki ona maliyyə dəstəyi göstərirsiniz?Niyə bu ölkənin diplomatına qarşı təşkil olunmuş təhqiramiz məclisə münasibət bildirmirsiniz?Heydər Əliyev ideallarına xəyanət edənlərə,milli dövlətçiliyimizə qarşı çıxanlara niyə xarici ölkələrdə meydan tanıyırsınız?Azərbaycan diasporuna bütün bunlarla yenilik gətirdiniz? Son bir ildə teşkil olunmuş və heç bir fəaliyyəti görsənməyən Ukrayna Azərbaycanlıları Radası adlı quruma dövlət büdcəsindən ayrılan vəsaitlərin hesabatını kim verəcək? Bu gün Ukraynada bir milli rəqs qrupu maliyyəsizlikdən dağılıb.Amma təəssüflər olsun ki, ölkəmizin diplomatını təhqir etməyə vəsait tapılır.Bütün bu suallarla bir daha cənab Fuad Muradova müraciət edirəm.Mənə və ictimaiyyətə trollar və təzyiq vasitələri ilə cavab verməyin.Bütün bu məsələlərə özünüz aydınlıq gətirin.Mən keçmiş səfir Azər Xuduyevin heç acı çayını da içməmişəm.Azərbaycan adına var olan hər bir dəyər, atribut, insan faktoru hər birimiz üçün önəm daşımalıdır.

Samir Adigozelli,


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi