azia.az
azia.az

“Rövşən Lənkəranski öldürdüb” deyirdilər, sifarişçi görün kim imiş?

25-02-2020, 11:50


Rusiya kriminalı yeni hesablaşma ərəfəsindədir. Bu dəfə səbəb iki “xaç atası”nın-Yaponçik ləqəbli Vyaçeslav İvankovun və Aslan Usoyanın(Ded Xasan) qətli ilə bağlıdır.

Məlum olub ki, hər iki qətlin arxasındakı adam Merab Suximski kimi tanınan gürcü “qanuni oğru” Merab Canqveladzedir. “Oğru dünyasının generalı” sayılan Merab bu yaxınlarda 10 ilik həbsdən çıxan və İspaniyaya ekstradisiya olunan Tariel Onianin(Taro) sağ əlidir və həm Yaponçikin , həm də Ded Xasanın düşmənlərindən sayılırdı.
“Rövşən Lənkəranski öldürdüb” deyirdilər, sifarişçi görün kim imiş?
Məlumdur ki, hazırda həbsdə olan Şakro kimi tanınan Zaxari Kalaşov İspaniyadakı “srok”unu başa vurub qayıdandan sonra Ded Xasanın və Yaponçikin məzarlarını ziyarət etmişdi. Şakro məzarlıqda and içmişdi ki, onların qatillərini bağışlamayacaq.

usiya saytları yazırdı ki, Ded Xasanın qətlinin günahkarı kimi konkret ad çəkilməsə də, klan o zaman həbsdə olan Tarodan və Merab Suximskidən şübhələnirdi. Amma Ded Xasan klanının “qara siyahı” sında “oğru dünyası”nın əsas simalarından olan mərhum Rövşən Canıyevin də (Rövşən Lənkəranski) adı vardı.

rövşən lənkəranski ile ilgili görsel sonucu

Rövşən Lənkəranski

Merab Canqveladze Rövşən Lənkəranskiyə yaxın adam kimi tanınıb. Onun qardaşı Levan Suxumi klanının “beyni” hesab olunurdu. Amma iddia olunurdu ki, Canqveladzelər son illər Lənkəranski ilə yaxınlıq etməyiblər. Ded Xasanın ölümündən sonra isə Suxumskilər Lənkəranskiyə dönük çıxıblar. Hətta Merab Dedin tərəfdarları ilə anlaşmağa çalışıb. Canqveladzenin qardaşı-Levan Canqveladzenin isə Moskva bazarlara nəzarətlə bağlı “razborka”ların birində Lənkəranskini bıçaqlaması barədə də iddialar vardı.


“Merab Suxumski”

Kriminal aləmin ən odioz fiqurlarından olan Merab Suxumski haqda məlumatlar çox azdır. Suxumski haqqında məlumatın niyə çox az olduğunu onunla bağlı "YouTube"də olan qısa videodan anlamaq mümkündür. "Merab Suxumskidən master-klass" başlıqlı həmin süjetdə istintaqçının ona hətta ad və soyadı ilə bağlı verdiyi suallar cavabsız qalır. "Master-klass" "oğru dünyası"nda "görməmişəm, eşitməmişəm, bilmirəm" sözlərini ehtiva edir.

Merab Canqveladze 1962-ci ilin noyabr ayının 20-də Suxumidə anadan olub. "Qanuni oğru" adını gənc yaşlarında alıb və kriminal aləmdə onun ailəsini təmsil edən kiçik qardaşı Levan 1975-ci ildə anadan olub.

Yaponçiklə uzun illər qarşıdurmada olan Merab 2009-cu il iyulun 28-də avtoritetə olan sui-qəsddə əsas şübhəli kimi tanınıb. Yaponçik tərəfdarları iddia edirdilər ki, sui-qəsdin sifarişçiləri arasında Lənkəranski ilə yanaşı Merab da var. Ded Xasanın qətlindən sonra da Suxumski və Lənkəranskinin adları sifarişçilər siyahısında birgə hallanıb.

Yaponçikin öldürülməsindən sonra Suxumskinin Ded Xasanla münasibətləri daha da pisləşir. 2010-cu ildə Usoyan Moskvada 50 nəfər "qanuni oğru" nun iştirakı ilə Merab Suxumskinin "şəxsi işinə" baxılması üçün "sxodka" çağırıb. Nəticədə Merab "oğru" adından məhrum edilib.

Rusiya saytları yazır ki, Yaponçikin qətlinin sifarişçisi də artıq məlumdur. Bu, mafiya ilə sıx ilişgiləri olan İlya Simoniyadır. Maxo ləqəbi ilə tanın İlya Simoniya 2019-cu ildə Merabın dəstəyi ilə “qanuni oğru” titulunu özünə qaytarıb. Hazırda onun tutulması üçün ittiham aktı hazırlanır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi