azia.az
azia.az

Laçının başçısı vəzifə bazarı açıb - Detallar

22-09-2016, 12:43

Laçının başçısı vəzifə bazarı açıb - Detallar
“Laçın rayon icra başcısı Aqil Nəzərli əhalinin problemləri ilə maraqlanmaq əvəzinə kadr alveri ilə məşğuldur”

Bunu Politika.Az-a göndərdiyi şikayət məktubuda Laçın sakini Xudayarov Baxşeyiş Salyan oğlu bildirib.

Ağcabədinin Taxta-Körpü ərazisində Şeylanlı Obasında Müvəqqəti Məskunlaşmış məcburi köçkün prezident İlham Əliyevə və ölkənin birinci xanımı Mehriban Əliyevaya müraciətində məmur özbaşınalığından bəhs edib.

Onun sözlərinə görə, Laçında korrupsiya və rüşvətxorluq, məmur özbaşınalığı əhalinin səbr kasasını daşırıb. B.Xudayarov qeyd edib ki, A.Nəzərli Laçın rayon idarə və müəssələrində olan bütün dövlət qulluğu vəzifələrini hərraca çıxarıb.

Sitat: “İxtisasından, diplomunun saxta olmasından, hərbi xidmətdən yayınmasından aslı olmayaraq pulu olan istənilən şəxs vəzifə ala bilər. Adi dövlət qulluqçsundan tutmuş idarə və müəssisə rəhbərliyinə, o cümlədən icra başçısının müavin postuna kimi istənilən vəzifə aksiondadır.

Bir çox hallarda idarə rəhbərləri və başçının müavinləri vəzifə ilə vidalaşacağını qabaqcadan başa düşüb Aqil Nəzərlinin tələb etdiyi məbləği verməyə məcbur olublar”.

Şikayətçi misal göstərib: “Bu taktikadan ikinci dəfə istifadə edib vəzifədə qalmağı bacaran İcra Hakimiyyətinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdri Eldəniz Qasımovdur.

2012 və 2013-cü illərdə Laçın rayon İcra Hakimiyyətinin tabeliyində formalaşmış Xeyriyyə Fondundan küllü miqdarda vəsaiti mənimsəyib. Laçın rayonun sabiq icra başçısı R.Cəbrayılov tərəfindən vəzifədən qovulmuşdu.

Lakin R.Cəbrayılıov işdən çıxdıqdan sonra E.Qasımov yüksək məbləğdə rüşvət verərək yenidən şöbə müdiri təyin edildi.

Laçın sakinlərinin korrupsiya faktları və məmur özbaşınalıqları haqda prezidentə ünvanladığı müraciətlər baxılması üçün aidiyyatı üzrə Laçın rayon icra hakimiyyətinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə göndərilir.

Eldəniz Qasımov isə idarə və müəssə rəhbərlərindən rüşvət alaraq vətəndaşların müraciətlərinə baxılmaması üçün şərait yaradır.

Cənab Prezident əhalinin yeganə çıxış yolu sizə və Prezident Administrasiyasının rəhbərinə yazılı müracətlər göndərməkdir.

Bu müraciətlər aidiyyatı üzrə PA-da Laçın rayon kuratoru Ağa əli müəllimə verilir. Ağa əli müəllim ayda bir dəfə vətəndaşlarla görüşmək adı altında Ağcabədi rayon Taxtakörpü qəsəbəsinə gəlir.

Rayona gəlməmişdən qabaq Laçın rayon İcra Hakimyəti tərəfindən Ağa əli müəllimin şərəfinə elə bir ziyafət təşkil olunur ki vətəndaşlarla görüşə gəldiyi yaddan çıxır.

Məclis qurtarandan sonra Ağa əli müəllim Laçın rayon idarə və müəssə rəhbərlərindən aylıq hesabın aldıqdan sonra qayıdır”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi