azia.az
azia.az

Laçında məmurun monopolist qardaşı dövləti talayır

19-09-2016, 16:31

Laçında məmurun monopolist qardaşı dövləti talayır
Ağcabədidə tender şirkəti hegemonluq edir

Rayonun Taxtakörpü qəsəbəsində fəaliyyət göstərən “Təmir Tikinti Laçın” MMC bütün işləri inhisara alıb.

Politika.Az-a verilən xəbərdə deyilir ki, şirkət monopolistə çevrilib və müəyyən qüvvələrin himayəsi ilə bazardakı digər şirkətləri sıxışdırıb.

Bu da ciddi narazılıq yaradıb. Belə ki, MMC-nin direktoru Elbrus Səfərov rayonun Dairə Seçki Komissiyasının sədri olan qardaşı Hüseyn Səfərova arxalanıb.

DSK sədri qardaşının tender şirkətinə havadarlıq edir və rayondakı bütün işlərin onun əli ilə görülməsiniə nail olur. Bu da büdcə yeyintisində məmurlarla əlbir olmaq üçün əlverişli imkan yaradır.

Bildirək ki, Taxtakörpü qəsəbəsində laçınlılar müvəqqəti məskunlaşıb. “Təmir Tikinti Laçın” MMC də Laçın rayon İcra Hakimiyyəti, idarə və müəssisələrinin rəhbərlərini ələ alır.

E.Səfərov rayonun bütün tenderlərini öz adına qalib elan etdirir. MMC tək bir il ərzində aşağıdakı bütün işləri özü görüb. Politika.Az olaraq həmin siyahını hazırlaşmışıq.

Beləliklə, Ramazan bayramı ilə bağlı tədbirin təşkili və imkansız ailələr üçün ərzaq bağlamalarının satın alınmasına 8111,5 manat, Sair xərclər maddəsi üzrə malların (işlərin və xidmətlərin) satın alınmasına 12720 manat, Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində yerləşən Laçın məcburi köçkünlərə xidmət göstərən vətəndaş mərasimləri binasının təmir işlərinin satın alınmasına 19910 manat xərcləndiyi açıqlanıb.

Bu işlərin hamısında “Təmir Tikinti Laçın” MMC tender qalibi elan edilib. Üstəlik, rəqəmlərin şişirdilmiş olması və mənimsənildiyi də göz qabağındadır. Bundan əlavə, cari təmir işlərinin satın alınmasına 9266,9 manat sərf olunub.

Taxtakörpü qəsəbəsində yaşayan ictimai fəal Şamil Həsənzadə Elbrus Səfərov haqda Feysbuk səhifəsində ilginc status paylaşıb.

Onun sözlərinə görə, E.Səfərov Laçının Ağcakənddən olan sakini Babək Həsən oğlunun külli miqdarda pulunu mənimsəyib.

Ondan qabaq da bir neçə sakin şikayət edib, amma təzyiqə məruz qalaraq geri çəkilib. İndi də Babəkə hədə-qorxu gəlirlər. E.Səfərovun yeyintisi bununla bitmir. Şeylanlı kənd məktəbinin 3 finski otağına 17 min manat təmir adı ilə yazaraq mənimsəyib. (Teref.info)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi