azia.az
azia.az

Beynəlxalq Bankdan 30 milyon manatı mənimsəməkdə təqsirləndirilən Mehman Mehdiyevin həbs müddəti uzadılıb

2-03-2016, 09:53

Beynəlxalq Bankdan 30 milyon manatı mənimsəməkdə təqsirləndirilən Mehman Mehdiyevin həbs müddəti uzadılıb Azərbaycan Beynəlxalq Bankından 30 milyon krediti götürərək mənimsəməkdə təqsirləndirilərək həbs edilən, Mingəçevir "İzolit" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Mehman Mehdiyevin həbs müddəti artırılıb.
Nərimanov Rayon Məhkəməsinin qərarı ilə M.Mehdiyevin barəsindəki həbs qətimkan tədbirinin müddəti daha 3 ay müddətinə uzadılıb.
Qeyd edək ki, M.Mehdiyev Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2 (dələduzluq) maddəsi ilə ittiham olunub. O, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi