Tələbə qız evli futbolçudan hamilə qaldı
İngiltərə futbolu yenə seks qalmaqalı ilə çalxalanır.
Bu dəfə tələbə qızın evli futbolçudan hamilə qalması qalmaqala səbəb olub.
Məlumata görə, adı açıqlanmayan futbolçu 22 yaşlı qızla internet vasitəsi ilə danışıb və sonra ondan çılpaq şəkillərini göndərməsini istəyib. Daha sonra onlar görüşməyə başlayıblar. Nəticədə qız hamilə qalıb.
İndi isə futbolçu onu uşağı abort etdirməyə məcbur edir. Hüquqi səbəblərdən adı açıqlanmayan futbolçu iyun ayında uşağı dünyaya gətirəcək qıza 1,5 milyon dollar təzminat ödəmək məcburiyyətində qala bilər.
"The Sun"ın məlumatına görə, futbolçu və tələbə qız ilk dəfə 5-ulduzlu oteldə görüşüblər. Həmin vaxt futbolçunun ailəsi Böyük Britaniyadan kənarda olub. Onlar oteldə iki dəfə görüşərək yatağa giriblər.
Daha sonra isə futbolçu evinin yaxınlığında onun üçün ev kirayəyə götürüb və onlar tez-tez görüşməyə başlayıblar. Lakin qız hamilə qaldıqdan sonra futbolçu uşağı abort etdirməsi üçün ona təzyiq etməyə başlayıb.