azia.az
azia.az

Bakıda tükürpədici hadisə - Qız uşağına görə küçəyə atıldı

17-02-2016, 11:55

 Bakıda tükürpədici hadisə - Qız uşağına görə küçəyə atıldı Bakıda sığınacaqda övladı ilə birgə yaşayan Aysel Əhmədova fəryad edib. Qadının sözlərinə görə, qız övladı dünyaya gətirdiyinə görə həyat yoldaşı onu küçəyə atıb. Gənc ana uşağı ilə birlikdə küçələrə düşüb.
Hamilə vaxtı birinci dəfə həkimə gedən qadına övladının oğlan olduğunu deyiblər. Amma doğuma az qalmış uşağın qız olacağı məlum olanda ağır günlər başlayıb. Övladını dünyaya gətirəndən sonra uşağın qırxı çıxmamış küçələrə atılıb. Ata-anasının evinə sığınan gənc ana valideynlərindən də rədd cavabı alıb.
Ayselin dediklərini təqdim edirik:
"Həyat yoldaşım deyirdi ki, qız övladı atanın namusuna xələl gətiri. Anası da ona təzyiq edirdi. Deyirdi ki, qızı olacaq, nə edirik bunu. Evdən qov getsin. Sonra da məni döyməyə başladı. Getdim qardaşımım yanına qardaşım da mənə arxa çıxmadı. Hamı deyirdi ki, gəlirdin tək gələrdin ata evinə. Bu uşağı niyə gətirmisən. Bir müddət rəfiqəmgildə qaldım. Sığınacaqda qızımla yaşayırıq. İndi uşağımın müalicəyə ehtiyacı var. Müalicə olmasa dəli olacaq".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi