azia.az
azia.az

“Bakı Şəhər Halqası” ilə “Bir” tələbə-könüllü proqramı arasında anlaşma memorandumu imzalanıb

8-03-2016, 06:21

[thumb =left]http://azia.az/uploads/posts/2016-03/1457407228_08.jpg[/thumb] Bu ilin iyununda Azərbaycanda keçiriləcək “Formula-1” üzrə Avropa Qran-prisinin təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti ilə Təhsil Nazirliyinin “Bir” tələbə-könüllü proqramı arasında martın 7-də könüllü fəaliyyət sahəsində əməkdaşlıq əlaqələrinin inkişafı və möhkəmləndirilməsi haqqında anlaşma memorandumu imzalanıb.
Xəbərfakt.Az Gün.Az-a istinadən xəbər verir ki, mərasimdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov Azərbaycanda gənclər arasında könüllülük fəaliyyətinin artıq ənənəyə çevrildiyini və gənclər arasında könüllülük fəaliyyətinə marağın yüksək olduğunu qeyd edib:
“İndiyədək ev sahibliyi etdiyimiz irimiqyaslı tədbirlərdə könüllü fəaliyyət göstərən gənclərimiz böyük uğura imza atıblar. Ümid edirəm ki, bu ənənə növbəti tədbirlərdə daha yüksək səviyyədə davam edəcək”.
Nazir bildirib ki, Azərbaycanda könüllülərin fəaliyyəti ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir. Avropa Qran-pri yarışları üçün 12 min könüllü müraciət edib. Bu, bizi sevindirir. Çünki ölkəmizdə bu sahəyə böyük maraq var.
Təhsil naziri Mikayıl Cabbarov çıxışında vurğulayıb ki, könüllülük fəaliyyəti üzrə qarşılıqlı əməkdaşlıq əlaqələrinin gücləndirilməsi Avropa Qran-prisinin uğurla həyata keçirilməsinə töhfə verəcək:
“Tələbələrin ölkəmizdə keçirilən irimiqyaslı idman yarışlarında könüllü fəaliyyət göstərməsi sevindirici haldır. Biz Təhsil Nazirliyi olaraq tələbələrin hərtərəfli inkişafını dəstəkləyirik. İnanırıq ki, onların iştirakı ilə Azərbaycan daha böyük işlərin öhdəsindən uğurla gələcək”, - deyə nazir bildirib.
Sonra Azad Rəhimov və Mikayıl Cabbarov memorandumu imzalayıblar.
Memorandumda tərəflər “Formula-1” üzrə Avropa Qran-prisi çərçivəsində könüllülük fəaliyyəti ilə əlaqədar birgə səy göstərməyin vacibliyi barədə razılıqlarını bildiriblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Xəbərfakt.Az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi