Avropa Qran Prisinin Könüllülük Proqramına 10 mindən çox könüllü müraciət edib
Formula 1 Avropa Qran Prisinin Könüllülük proqramına onlayn qaydada aparılan qeydiyyat prosesi 4 mart 2016-ci il tarixində saat 23:59-dək davam edəcək.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) Gün.Az-a verir ki, Könüllük proqramına qeydiyyatın başlandığı 19 dekabr 2015-ci il tarixindən etibarən könüllü olmaq üçün 10 mindən çox müraciət qəbul olunub.
Məlumat üçün bildirək ki, Formula 1 Avropa Qran Prisində 5 min könüllünün iştirakı nəzərdə tutulur. İndiki mərhələdə, qeydiyyatdan keçənlər müsahibə üçün Könüllülər Mərkəzinə dəvət olunurlar. Müsahibə prosesini uğurla başa vuran namizədlər növbəti mərhələdə könüllülərin yarışa hazırlığı ilə əlaqədar keçiriləcək təlimlərə cəlb olunacaqlar.
Avropa Qran Prisinin könüllüsü olmaq istəyənlər BŞH-nın rəsmi saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər: