Arda Güler karyerasını İngiltərədə davam etdirəcək?
İspaniyanın "Real Madrid" klubunda çıxış edən gənc ulduz Arda Gülerin gələcəyi ilə bağlı transfer şayiələri yenidən gündəmi zəbt edib.
Fanat.Az xəbər verir ki, İngiltərə Premyer Liqasının iddialı klublarından olan "Arsenal" türkiyəli istedadla yaxından maraqlanmağa başlayıb.
"Caught Offside" nəşrinin yaydığı məlumata görə, London təmsilçisi Ardanın yaradıcı oyun üslubunu öz heyətinə qatmaqda israrlıdır.
Əgər tərəflər arasında razılıq əldə olunarsa, gənc pleymeyker karyerasını "topçular"ın heyətində davam etdirə bilər.