Turində sülh, “Arsenal” “Barselona” ilə bacarmadı
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti oyunları keçirilib.
“Yuventus” doğma meydanda “Bayern”lə (Münhen) qarşılaşıb. İlk hissədə qonaqlar üstün olublar. Əvvəlcə 43-cü dəqiqədə Tomas Müller fərqlənib. 55-ci dəqiqədə isə Robbenin zərbəsi dəqiq alınıb.
Bundan sonra italyanlar özlərinə gəliblər. 63-cü dəqiqədə Paulo Dibala almanların qapısına yol tapıb. 13 dəqiqə sonra Sturaro hesaba tarazlıq gətirib. Bu, oyunda sonuncu qol olub – 2:2.
Digər matç isə Londonda baş tutub. Yerli “Arsenal” “Barselona”nı qəbul edib. Oyun qonaqların qələbəsi ilə başa çatıb – 0:2. Hər iki qolu Messi vurub.