310 nömrəli uşaq bağçasında uşaqların başına bit düşməsi barədə xəbər yayılıb.
Suraxanı rayonunda fəaliyyət göstərən 310 nömrəli uşaq bağçasında uşaqların başına bit düşməsi barədə xəbər yayılıb.
Bu barədə Oxu24.com-a müraciət edən Aygün Aslanzadə məlumat verib.
Onun sözlərinə görə,qızı M.A. sözügedən bağçada təhsil alıb. Bu,faktla qarşılaşdıqdan sonra övladını oradan uzaqlaşdırmaq qərarına gəlib.
“ Uşağın başına bağçada bit düşdü.Bu,səbəbdən də oradan qızımı çıxartdım”,deyə valideyn sayta açıqlamasında bildirib.
Qeyd edək ki, sözügedən bağça barədə sosial şəbəkələrdə daha bir mənfi məlumat yayılmışdı.
2024-cü ilin iyul ayında T.Sadıqovanın uşaqları döyməsi, bağçanın direktoru olmuş H.Hüseynovanın isə maddi maraq müqabilində normadan əlavə uşaq qəbulu və aylıq ödəniş tələb etməsi ilə bağlı şikayətlər yayılmışdı.
Faktl bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi başlanmışdı.
Oxu24.com məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə (MÜTDA) sorğu ünvanlayıb.
Miri Məcidli