azia.az
azia.az

Məktəb və bağçalarda üztanıma sistemi tətbiq olunacaq - FOTO

Bu gün, 17:10

"Gələcəkdə məktəb və bütün bağçalarda "SİMA Access" üztanıma sisteminin tətbiqi planlaşdırılır".

Xəbər verilir ki, bunu "AzIntelecom" MMC-nin kommersiya direktoru Fərrux Fərəcullayev Bakı Fintex Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, hazırda Elm və Təhsil Nazirliyi tərəfindən sözügedən həll bağça sisteminə inteqrasiya olunub:

"Təhlükəsizlik baxımından xüsusi önəm kəsb edən "SİMA Access" həllimiz yenidir. Bu həll Elm və Təhsil Nazirliyi tərəfindən bağça sisteminə inteqrasiya olunub və çox uğurla həyata keçirilir. Bir qisim bağçalarda bu həyata keçirilməsinə baxmayaraq, həllin bütün bağçalarda, habelə məktəblərdə tətbiqi planlaşdırılır". (Oxu.az)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi