Azərbaycanda gəncləri evlilikdən hansı səbəblər yayındırır?
Bu il evlənənlərin sayı ötən illə müqayisədə azalıb, boşanmalarda isə statistika eyni qalıb.
Sosioloq Üzeyir Şəfiyev "Xəzər Xəbər"ə bildirib ki, gənclər daha çox təhsilə və maddi məsələlərə yönləndikləri üçün zamanla evliliyə maraqları da azalıb.
Ekspert qeyd edib ki, evlilik statistikasında azalmanın əsas səbəblərindən biri də boşanmaların çoxalmasıdır.
Sosioloq hesab edir ki, ailə həyatı qurmaq istəyən gənclərə kənardan müdaxilələr edilməməlidir. Evlilik üçün ən ideal yaş qızlar üçün 23-26, oğlanlar üçün isə 25-27 hesab olunur.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-iyul aylarında Ədliyyə Nazirliyinin rayon qeydiyyat şöbələri tərəfindən 26 min 837 nikah və 12 min 370 boşanma qeydə alınıb. Qeyd edilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,9-dən 4,5-ə düşüb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə qalıb.
Daha ətraflı süjetdə: