Təhsil Şöbəsinin müdiri vəzifəsindən azad edildi
Naxçıvan Muxtar Respublikasının Şahbuz Rayon Təhsil Şöbəsinin müdiri Araz Məmmədov vəzifəsindən azad edilib.
Bu barədə "Report"un yerli bürosu xəbər verir.
Məlumata görə, Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini, nazirin səlahiyyətlərini icra edən Ovni Muradov bu barədə əmr imzalayıb.