azia.az
azia.az

Saxta diplomları necə müəyyən etmək olar?

16-12-2022, 14:15


"Nazirin işlətdiyi ifadə doğru deyil. Diploma saxta demək üçün məhkəmə qərarı olmalıdır. Ölkəmizdə sadəcə olaraq, diplomların dövlət nümunəvi olub-olmaması, onun necə verilməsilə bağlı problem var. Nazirlik bunu müəyyənləşdirə bilmirsə, onda Elm və Təhsil Nazirliyi nəyi bilir, nə işlə məşğuldur?”
 
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov elm və təhsil naziri Emin Əmrullayevin müəllim adını saxta diplomla daşıyanların sənədinin saxtalığını sübut etməyin çətinliyi barədə səsləndirdiyi fikrinə münasibət bildirərkən deyib. Ekspert bildirib ki, diplomun həqiqiliyini yoxlamağın yolları var:




"Hazırda orta  məktəblərdə çalışan 151 min müəllimdən 8 mininin diplomu dövlət nümunəvi deyil, yəni, diplomun alınması ilə bağlı hər hansı bir mənbələrdə məlumatın olmaması nəzərdə tutulur. Diplomun saxta olduğunu müəyyənləşdirmək üçün kommisiya yaradıb, həmin şəxsləri fərdi qaydada ora dəvət edib, maksimum 3 qrup yoldaşının adını, elmi, diplom işi rəhbərinin kim olduğunu, oxuduğu fakultənin hansı korpusda yerləşdiyi, hansı fənləri keçdiyini və s. bu kimi məqamları soruşmaqla məsələni həll etmək olar”. 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi