Kimya müəllimi olan 23 yaşlı "TikTok” istifadəçisi dərsdə geyindiyi dekolteli paltarlara görə valideynlərinin sərt reaksiyası ilə üzləşib.
Xəbər verilir ki, adı Alice olan qadın məktəb rəhbərliyinin tətbiq etdiyi ənənəvi geyim qaydasının ona uyğun olmadığını, hər kəsin reaksiyasına baxmayaraq açıq-saçıq geyinməyin daha yaxşı hiss etdiyini bildirib.
Alisa hər kəsin qadın müəllimləri pencək, köynək, ətək və ya şalvarda təsəvvür etdiyini, lakin özünün fərqli geyinmək istədiyini deyib.
"TikTok” fenomeni olan müəllim bildirib ki, geyiminə görə ona davamlı olaraq valideynlərdən və insanlardan "Müəllim belə geyinə bilməz" kimi yüzlərlə mesaj gəlib.
Alisa dəri mini ətək və dekolteli geyimdə çəkdirdiyi videonu "TikTok” hesabında "Valideynlərin reaksiyası haqqında nə düşünürsünüz?" başlığı ilə paylaşıb. Bəzi izləyicilər müəllimin paylaşımını dəstəkləsə də, əksər izləyicilər geyimin sinifə uyğun olmadığını bildirib.
Aydın