azia.az
azia.az

“Qarabağın məşhur müəllimləri” - Cəfər Əhmədov

18-08-2022, 09:28


“Qarabağın məşhur müəllimləri” - Cəfər Əhmədov

“Qarabağın məşhur müəllimləri” - Cəfər Əhmədov
Təhsil Nazirliyinin “Qarabağın məşhur müəllimləri” layihəsinin növbəti tarixi siması Kəlbəcərdə təhsilin əsasını qoyanlardan biri, istedadlı pedaqoq Cəfər Əhmədovdur.

O, 1890-cı ilin aprel ayında Zəngəzur Qəzasının Laçının rayonunun Minkənd kəndində anadan olub.

Minkənd 2 illik rus-tatar məktəbini, Gorus gimnaziyasını başa vurduqdan sonra Laçının bir çox ucqar kəndlərində-Vağazin və Qarqışlaq kəndlərində müəllim və direktor vəzifəsində çalışıb. Bir müddət sonra Şuşa Pedaqoji məktəbinə müəllim kimi dəvət alır. Daha sonra Kəlbəcərin Qamışlı, Seyidlər, Yanşaq, Zəylik, Ağcakənd kəndlərində müəllim olaraq çalışıb. Hər kəsə “Bala, gələcəyiniz yalnız elmdə, təhsildədir”, deyən Cəfər müəllim ömrünün sonunadək Kəlbəcər maarifinin inkişafına xidmət edib.

Qeyd edək ki,“Qarabağın məşhur müəllimləri” layihəsi çərçivəsində Qarabağda doğulan və pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi əslən Qarabağdan olan məşhur müəllimləri yad etməkdir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi