Musiqi məktəblərinin müəllimləri üçün imtahan keçiriləcək
![]()
Mədəniyyət Nazirliyi Dövlət İmtahan Mərkəzi (DİM) ilə birgə uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllim vəzifəsinə işə qəbul olmaq istəyən şəxslər üçün test imtahanı keçirəcək.
DİM-dən "Report"a verilən məlumata görə, imtahan bu gün təşkil olunacaq.
İmtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı Mərkəzin internet saytında iyulun 28-i saat 17:00-dək həyata keçirilib.