azia.az
azia.az

Nazirlik məktəbli formaları ilə bağlı GÖSTƏRİŞ VERDİ

11-08-2022, 10:01

Nazirlik məktəbli formaları ilə bağlı GÖSTƏRİŞ VERDİ
Elm və Təhsil Nazirliyi tərəfindən orta təhsil müəssisələrinə məktəbli formalarının seçimilə bağlı göstəriş verilib.

Azia.az-ın əldə etdiyi məlumata görə, direktorlar bu barədə sinif rəhbərlərinə məlumat veriblər.

Bildirilib ki, məktəbli formaları üçün bir neçə rəng seçimi olsa da, ağ və göy, açıq və tünd xaki rənglərindəki geyimlərə üstünlük verilib.
Göstərişdə birinci sinif şagirdləri üçün yeni məktəbli formalarından istifadənin mütləq olduğu diqqətə çatdırılıb. Həmçinin vurğulanıb ki, digər siniflər üzrə bir il müddətində əvvəlki formalardan istifadəyə icazə verilir. Lakin növbəti ildən bütün siniflərdə yeni məktəbli formalarından istifadə məcburi olacaq (modern.az) .


Nazirlik məktəbli formaları ilə bağlı GÖSTƏRİŞ VERDİ


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi