Məktəbli yarmarkaları ilə bağlı – BŞİH-dən AÇIQLAMA
Yeni dərs ilinin başlamasına sayılı günlər qalıb.
Təhsil Nazirlyinin məlumatına əsasən, sentyabrın 22-dən birinci siniflər, sentyabrın 29-dan 5-ci və 11-ci siniflər orta məktəblərdə tədris ənənəvi formada başlayacaq. Oktyabrın 1-dən isə məktəbəqədər hazırlıq qruplarında tədris əyani şəkildə davam etdiriləcək. Hər tədris ili ərəfəsində paytaxtda məktəb yarmarkaları təşkil edilir və bu da valideynlərin işini qismən də olsa rahatlaşdırırdı. Ötən il ölkə ərazisində sərt karantin rejiminin tətbiqi, tədrisin distant formada keçirilməsinə görə yarmarkalar baş tutmadı. Bəs, bu il məktəb yarmarkaları olacaqmı? Sfera.az-ın əməkdaşı bununla bağlı Bakı Şəhər İcra Hakimiyətinin Ticarət və Xidmət Departamenti ilə əlaqə saxlayıb. Qurumdan saytımıza verilən məlumata görə, ölkədəki epidemioloji vəziyyəti nəzərə alaraq, bu il məktəbli yarmarkalarının keçirilməsi gözlənilmir.