azia.az
azia.az

Azərbaycan məktəbində Xameneyi TƏBLİĞATI: - Şagirdlərə ona həsr olunmuş mahnı oxutdurdular

28-06-2022, 10:35

Azərbaycan məktəbində Xameneyi TƏBLİĞATI: - Şagirdlərə ona həsr olunmuş mahnı oxutdurdular
Azərbaycan məktəblərinin birində şagirdlərə İranın ali dini lideri Xameneyiyə həsr olunmuş mahnı ifa etdirilib.

Azia.az yenicag.az-a istinadla xəbər verir ki, bu barədə videonu “Turan Tim” “Telegram” kanalı yayıb.

İlkin məlumata görə, video Yevlax rayonundakı məktəblərin birində çəkilib.

Videodan görünür ki, müəllim şagirdlərə Xameneyiyə həsr olunmuş “Salam fərmandeh” mahnsını ifa etdirir. Videoda müəllimin hicablı olması və Azərbaycan bayrağının yanlış asılması da diqqəti çəkib.

Sosial şəbəkə istifadəçiləri müəllimin öz dini görüşlərini şagirdlər arasında təbliğ etməsinin yanlış olduğunu bildirib və buna etiraz ediblər.

VİDEO BU YAZININ İÇİNDƏ: My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi