azia.az
azia.az

Azərbaycan Dövlət Yol Polisinə mahnı həsr olundu - VİDEO

3-07-2021, 14:31


Müstəqil dövlətimizin ən mühüm atributlarından, əsas sütunlarından olan Azərbaycan polisinin 103 yaşı tamam olur.
Azərbaycan Dövlət Yol Polisinə mahnı həsr olundu - VİDEO
BiG.AZ xəbər verir ki, polislərimizin bugünkü bayramı ilə əlaqədar onlara yeni mahnı həsr olunub.

Bəstəkarı Gövhər Həsənzadə, sözləri Araz Əsgərliyə məxsus olan mahnını Dövlət Filarmoniyasının solisti Fəxri Kazım Nicat ifa edib. Aranjiman ustası Yaşar Baxış, səs rejissoru isə Samir Əsədov olan bu mahnı dinləyənlərdə vətənpərvərlik və qürur hissləri oyadır.

Qeyd edək ki, Heydər Əliyevin 24 may 1998-ci ildə imzaladığı fərmana əsasən, 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün - 2 iyul Azərbaycan Polisi Günü elan edilib.

Unutmayaq ki, ömrünü xalqımızın təhlükəsizliyini və dövlətimizdəki mövcud sabitliyi qorumağa həsr edən Azərbaycan polisi Birinci Qarabağ Müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Daxili işlər orqanlarının və Daxili Qoşunların doqquz yüzdən çox şəxsi heyəti bu müharibədə şəhid olub. Polisin sıralarında xeyli sayda "Milli Qəhrəman" adına, habelə orden və medallara layiq görülənlər var.

44 günluk Vətən Müharibəsi dövründə də polislərimiz yorulmadan, gecə-gündüz, isti-soyuq demədən dövlətimizin, vətəndaşlarımızın təhlükəsizliyi üçün əllərindən gələni ediblər.

Xalqa xidmət edən polislərimizə təşəkkürumuzü bildirir, hər birini bu gün münasibəti ilə təbrik edirik.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi