azia.az
azia.az

Təhsil nazirindən bağçalarda qanunsuz pul yığılması barədə AÇIQLAMA

21-06-2022, 13:07

Təhsil nazirindən bağçalarda qanunsuz pul yığılması barədə AÇIQLAMA
Təhsil naziri Emin Əmrullayev məktəbəqədər təhsil səviyyəsində (uşaq bağçaları) valideynlərdən qeyri-qanuni pul alınması məsələsinə münasibət bildirib.

Azia.az xəbər verir ki, nazir hazırda uşaq bağçalarının əksəriyyətinin fəaliyyətini qənaətbəxş saydığını söyləyib.

E.Əmrullayev qeyri-qanuni pul yığılması məsələsinə gəlincə, bunun həm obyektiv, həm də subyektiv səbəbdən baş verdiyini deyib: “Yəni bu hal heç də həmişə insanlara bağlı məsələ olmur. Bəzi hallarda bağçaların infrastrukturu, onlara verilən avadanlıq və oradakı vəziyyət buna imkan vermir. Bəzi hallarda isə insanlarla, bağçanın rəhbərliyi və s. ilə bağlıdır”.

Nazir vurğulayıb ki, uşaq bağçaları Təhsil Nazirliyinin tabeliyinə keçdikdən sonra işçilərlə bağlı müvafiq intizam tədbirləri görülməyə başlanıb, yaxın həftələrdə ictimaiyyət bununla bağlı məlumatlandırılacaq: “Proses davam edir və daha detallı məlumat verə bilmərəm. Ümumtəhsil müəssisələrində pul yığılmasının qarşısının alınması kifayət qədər vaxt tələb etdi. Uşaq bağçalarında da oxşar yanaşmalar tətbiq ediləcək. İstənilən halda istənilən təhsil müəssisəsində qeyri-qanuni pul yığılmasının əleyhinəyik. Belə hallar aşkarlanarkən hər hansı güzəşt olmadan müəssisə rəhbərləri ilə bağlı ciddi intizam tədbirləri görülür” (report.az).


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi