azia.az
azia.az

Ucarda təhsil sistemi necə İFLİC DURUMA SALINIR... - İTTİHAM VAR!

12-04-2022, 11:24

Ucarda təhsil sistemi necə İFLİC DURUMA SALINIR... - İTTİHAM VAR!
"Ucar rayon təhsil şöbəsinin müdiri Rauf Məmmədovun başı yenə qalmaqaldadır. Keçən il müddətli müqavilə ilə Rauf Məmmədov Yuxarı Şilyan məktəbinə Xaqan Mahmudovu müvəqqəti direktor təyin etmişdir. Bunun müqabilində Xaqan Mahmudovdan 2 min dollar pul alan Rauf Məmmədov bu il dərhal Xaqan Mahmudova töhmət vermişdir ki Xaqan Mahmudovla təkrar müqavilə bağlamasın". Bu iddia ilə "Təhsil Şikayətləri" sosial qrupundakı paylaşımında Əlixan Feyzullayev adlı istifadəçi çıxış edib.


Ucarda təhsil sistemi necə İFLİC DURUMA SALINIR... - İTTİHAM VAR!
Daha srona səsələnən iddiada deyilir: "Hazırda Xaqan Mahmudovla müqaviləni ləğv edən Rauf Məmmədov Layiq adlı biriylə 3 min dollar müqabilində müqavilə bağlamışdır. Soruşa bilərsiniz ki hə nə olsun Xaqan Mahmudovun pulu olmayıb yerinə pulu olanı qoyublar.Burda nə var ki???Amma məsələ burasındadır ki,yeni direktoru təyin etməyə gedən inspektorları Xaqan Mahmudov yaxşı qarşılamayıb.Belə ki,peçat və ştampı təhvil verməkdən imtina edib. İnspektorlara deyib ki mən peçat və ştampı satın almışam. Satın alınan şey dala qaytarılmır.
Bunu eşidən Rauf Məmmədov polis gücündən istifadə etmək qərarına gəlib. Sabah Yuxarı Şilyan məktəbinə polis hücumu olacagını eşidən Xaqan Mahmudov peçat və ştampı da götürərək naməlum istiqamətdə yoxa çıxmışdır.Xaqan Mahmudovla əlaqə saxlamağa çalışsaq da ailələrindən bildirdilər ki, Xaqan müəllim ölkəni tərk etmişdir.
Mənbədən verilən məlumata görə insafən Xaqan müəllim yaradıcı adamdır. Az müddətdə məktəbdə əsaslı işlər görmüşdür.Camaat ,məktəbin müəllimləri də ondan razıdır. Gözütox adamdır.
Atası Zahir müəllim uzun müddət həmin məktəbin direktoru işləmiş,kənd camaatı həmişə onu Yuxarı Şilyanın Molla Şəfi Vazehi deyə çağırmışlar.
Söhbət əsnasında Təhsil Şöbəsinin inspektoru Yeğanə Süleymanova qeyd etdi ki Xaqan müəllim yaxşi direktordu. Bu iş mənlik deyil,təhsil şöbəsi müdirinin səlahiyyətindədir. Özü bilər.Yeganə müəllim onu da qeyd etdi ki,uzun müddət baxçaların inspektoru işləyəndə də öz işini vicdanla görüb.O,amma incikliklə qeyd etdi ki, vicdanlı və insaflı işçi olduğu üçün hal hazırda onu Təhsil şöbəsində sıxışdırırlar.Kim sıxışdırır?! adını deməsə də hər şey məlumdur.
11 saylı regionun müdiri də Rauf Məmmədovun öhdəsindən gələ bilmir. Bu adam üçün ancaq və ancaq pul pul yenə də pul.
İnanırıq ki,Təhsil Nazirliyi tezliklə bu rüşvətxor müdir haqqında tədbirlər görəcəkdir".

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi