Lənkəranda təhsil sistemində BÖYÜK YEYİNTİ – Nazirə müraciət olundu
“Azərbaycan Respublikasi Təhsil Nazirliyinə səslənirəm. Lənkəran rayon Soltan Əliyev adina Haftoni qəsəbə tam orta məktəbin direktoru Sevər Agayeva işlədiyi müddət ərzində təkcə texniki heyyətdən 100000 AZN-ə qədər pul mənimsəyib”.
MillətinSəsi.info xəbər verir ki, bu barədə “Təhsil Şikayətləri” sosial qrupundakı paylaşımında Hikmət Rüstəmov adlı istifadəçi qeyd edib.
Daha sonra iddiaçı yazır: “Daxili nəzarətdən gələn yoxlama dediklərimdən artiq mənimsəmə oldugunu aşkara çixartdi. Bütün maliyə sənədlərinə təsərrüfat müdirinin yerinə özü imza atib.
Son 5-6 ilin davamiyyət jurnallarini yoxa çixarib ki korrupsiya əməllərini gizlətsin. İmza ekspertizası aparılsa hər şey aydın olacaq. Bilmək istəyirəm, nədən direktor hələ də iş başindadir? Kimdir onun himayədarı? Budurmu Təhsil Naziri Emin Əmrullayevin ədaləti?”
İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq.
MillətinSəsi.info