Quba təhsil sektoru çox ağır və acınacaqlı illərini yaşayır.
azia.az Tərəfdar.Az-a istinadən xəbər verir ki, rayon Təhsil Şöbəsi müdiri Loğman Müslümovun idarəçiliyi sayəsində belə bir nəticə hasil olub.
L.Müslümov Təhsil Şöbəsinin Feysbukdakı rəsmi səhifəsində piarını təşkil etməkdənsə, məktəblərdəki vəziyyətlə maraqlanmalıdır.
Şöbə müdiri isə bu laqeydlik nəticəsində məktəbləri acınacaqlı bir vəziyyətə gətirib çıxarıb, 1 milyon manata yaxın dövlət vəsaitini mənimsəyib.
Bildirilir ki, tikintiyə ayrılan 190 min manat müdir tərəfindən mənimsənilib. Başqa bir fakt isə inventarların alınması ilə bağlıdır. İddialara görə, Loğman Müslümov inventarların satın alınması üçün ayrılan 351 min manat dövlət vəsaitini məniməyib.
Təhsil Şöbəsinin müdiri orta məktəblər üçün kompyuter avadanlıqlarının alınması məqsədi ilə ayrılmış 119 min manatın 100 minini özü yeyib.
Loğman Müslümov digər maşın, avadanlıq və inventarların alınması üçün əlavə 235 min manat vəsaitin ayrılmasına nail olub. Amma bu işlərin görülməsinə 97 min manat xərclənib.
Qalan 138 min manat ortada yoxdur. Bildirilir ki, Quba Təhsil Şöbəsinə yuxarıda sadalananlardan başqa da təxminən 200 min manat vəsait ayrılıb.
Amma həmin pullar da aidiyyatı üzrə xərclənməyib. Beləliklə, şöbə müdiri 1 milyon manatdan artıq dövlət vəsaitini yoxa çıxardıb.
Verilən məlumata görə, şöbə müdiri məsuliyyətə cəlb oluna bilər. Mediada yayılan iddialara görə, şöbə müdirinin rəqibləri onunla bağlı müxtəlif orqanlara, o cümlərdən Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə çox ciddi faktlar ötürüb.
Dövlət orqanlarına verilən məlumatlarda şöbə müdirinin yeyinti faktlarını sübut edən konkret sənədlərin olduğu bildirilir.
Bundan başqa, direktorların müsahibə mərhələsi onun rəyindən asılı olub. Bu məsələdə də ciddi qazanc əldə edibmiş. Bu iddialarla bağlı L.Müslümovun mövqeyini dərc etməyə hazırıq. (Tərəfdar.Az)