Təhsilimizin başına "DAŞ" salan məktəb direktorları…- 13 saylı məktəbin direktoru Yaqut Sadıqovanın əməlləri…
Təhsilimizin başına "DAŞ" salan məktəb direktorları…- 13 saylı məktəbin direktoru Yaqut Sadıqovanın əməlləri…
Son 10 ildə neçə təhsili naziri gəlib-gedib….
Təhsilimizdə irəliləyiş varmı..?
13 saylı məktəbin direktoru Yaqut Sadıqovanın pafoslu çıxışları…
Orta məktəblərimizdəki acınacaqlı durum bu gün ən ciddi problem hesab edilir.
Təsəvvür edirsiniz, məktəb direktoru şagirdə təcavüz edir, şagirlər arasında nəinki tütün məhsulları, hətta narkotik istifadəçiləri də var.
Bütün bunlar azmış kimi, məktəb direktorları hər ay müəllimlərin əmək haqqından pul kəsib icra hakimiyyətinə çatdırırlar. Məktəblərdə xeyli sayda ölü canlar, işə gəlməyən texniki işçilər var.
Sözün qısası, orta məktəblərimzdəki vəziyyət cəmiyyətin gələcəyi ilə bağlı ciddi addımlar atmağı tələb edir.
Son 10 ildə neçə təhsil naziri dəyişib ?
Faydası olubmu..?
Hər gələn nazir də öz dost-aşnasını yığıb gətirib Təhsil Nazirliyinə doldurub.
Təsəvvür edirsiniz, bu gün Təhsil Nazirliyində 1 nəfər də olsun pedoqoji təhsilli rəhbər işçi yoxdur, əksəriyyəti “Narxoz”un keçmiş tələbələridir.
Bir soruşan yoxdur ki, “Narxoz” hara, Təhsil Nazirliyi hara?
Kimi danışdırırsan, deyir ki, bizə MENECER lazımdır...
Onda baytar-meneceri aparın qoyun Tibb Universitetinə rektor, yaxud meneceri qoyun Ali Məhkəməyə sədr...
Bir sözlə, məktəblərimizlə bağlı xırda bir araşdırma aparmaq istədik. Və Yasamal rayonunda yerləşən, Ş.Əfəndizadə adına 13 saylı tam orta məktəbin direktoru Yaqut Sadıqovadan başladıq.
Qısa məlumat üçün qeyd edək ki, Yaqut xanım Sadıqova 1964-cü ildə Laçın şəhərində anadan olub. 1981-ci ildə Laçın şəhər 1№-li orta məktəbini bitirib. Ali təhsilli riyaziyyat müəllimidir.
Əmək fəaliyyətinə uşaqlarla iş aparan təlimatçı kimi başlamış, sonrakı dövrlərdə müəllim, təlim-tərbiyə işləri üzrə direktor müavini, metodist, inspektor və 1998-2002-ci illərdə 179 saylı məktəbdə direktor vəzifələrində çalışıb. 2002-ci ildən 2014-ci ilə qədər 83 №-li məktəb-liseydə direktor vəzifəsində çalışıb. 2014-cü ildən Yasamal rayonu 13 №-li tam orta məktəbin direktoru vəzifəsində çalışır.
Hər dəfə təhsil naziri dəyişəndə Yaqut Sadıqova məktəb direktoru vəzifəsindən uzaqlaşdırılır. Amma...
Əmması odur ki, az müddət sonra hansısa sirrli əl Yaqut Sadıqovanı başqa bir məktəbə direktor təyin olunmasına nail olur.
Adını da qoyurlar ki, guya rotasiya edirik...
Bəli, yixarıda qeyd etdiyimiz kimi, orta məktəblərdə siqaret çəkənlər, narkotik istifadəçilərinin sayı artır.
Hətta deputatlarımızdan biri Milli Məclisin tribunasından deyir ki, son zamanlar orta məktəblərdə qızlar arasında siqaret çəkənlərin sayı çoxalıb.
Millət vəkili bildirib ki, Azərbaycanda siqaret çəkən qadınların sayı artmaqdadır:
“Orta məktəblərdə siqaret çəkən qızlar da var. Bu baxımdan orta məktəblərdə buna qarşı kəskin mübarizə aparılmalıdır. Əvvəllər biz buna Rusiya, MDB, Avropa ölkələrində daha çox rast gəlirdik. İndi Azərbaycanda da qadınların siqaretə meyli artıb. Bunun qarşısını almaq üçün təkcə biz valideynlər yox, həmçinin orta məktəblərdə də ciddi nəzarət artırılmalıdır. Siqaretin əks-təbliğat mexanizmi gücləndirilməlidir”.
Bəs görək, məktəb direktoru Yaqut Sadıqova nə deyir..?
13 saylı məktəbin direktoru Yaqut Sadıqova deyir ki, mən direktor təyin olunana qədər 13 saylı məktəbdə siqaret çəkənlər çox olub: “ Mən məktəbin həyətindən kənarda da şagirdlərə siqaret çəkməyi qadağan etmişəm”.
Görəsən, məktəb direktoru Yaqut Sadıqovanın sehrli çubuğu-zadı var..?
Yaqut Sadıqovanın bir pafoslu çıxışına da rast gəldik.
Deməli, Yaqut xanımın məktəbində “Kiçik Akademiya” fəaliyyət göstərir.
Və Yaqut Sadıqova deyir ki, məqsədimiz şagirdləri ELMİ AXTARIŞLARA SÖVQ ETMƏKDİR…
Bu xanıma deyən lazımdır ki, rəhmətliyin nəvəsi, heç Akademiyanın sabiq prezidenti Ramiz Mehdiyevin Elmlər Akademiyası elmi kəşflərə imza ata bilmir, sən isə orta məktəb şagirdlərindən danışırsan…
Sözün qısası, təhsil nazirləri gəlib-gedir, amma təhsilimiz də üzüaşağı gedir… Növbəti sayımızda məktəblər və repititorlar yazısı olacaq. Bizi izləyin.
P.S Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
M.My Webpage