azia.az
azia.az

Sınaq imtahanındakı testlərin doğru cavabları AÇIQLANDI

20-12-2021, 18:44

Sınaq imtahanındakı testlərin doğru cavabları AÇIQLANDI
Dekabrın 19-da keçirilən qəbul imtahanlarının ikinci mərhələsi üzrə sınaq imtahanında istifadə edilmiş test tapşırıqlarının doğru cavabları açıqlanıb.

Azia.az Dövlət İmtahan Mərkəzinə (DİM) istinadən xəbər verir ki, doğru cavab etalonları ilə buradan tanış olmaq mümkündür.

Qeyd edək ki, hazırda imtahan materiallarının emalı aparılır.

Yazılı cavab verilməsi tələb olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən sınaq imtahanının nəticələrinin yaxın 10 gün ərzində elan olunması nəzərdə tutulur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi