Abituriyentlər üçün VACİB XƏBƏR - test tapşırıqları yenidən hazırlanacaq - VİDEO
II və III ixtisas qrupları üzrə tarix fənnindən test tapşırıqları yenidən tərtib olunacaq. DİM-dən bildiriblər ki, 2022-ci ildə qəbul imtahanı verən abituriyentlər onu nəzərə alsınlar ki, vətən müharibəsi ilə bağlı məqalə yenilənib. Suallar da məhz bu yeni məzmundan hazırlanacaq.![]()
II və III qruplar üzrə tarix fənnindən test tapşırıqları yenidən hazırlanacaq.
DİM-in mətbuat katibi Xanlar Xanlarzadə bildirib ki, 2022-ci ildə II və III ixtisas qrupları üzrə keçiriləcək qəbul imtahanlarında tarix fənnindən tapşırıqlar "Qarabağ uğrunda Vətən müharibəsi " adlı elmi-metodik məqalənin əsasında tərtib ediləcək.
Xanlar Xanlarzadə qəbul imtahanlarının II mərhələsi üzrə keçiriləcək sınaq imtahanında tarix və coğrafiya fənnindən təqdim olunacaq suallara da diqqət çəkib.
Qeyd edək ki, dekabrın 19-da qəbul imtahanlarının II mərhələsi üzrə sınaq imtahanı keçiriləcək. (xəzərxəbər)