azia.az
azia.az

“Hədəf” kursları vergidən necə yayınır ?- “Hədəf”in həmtəsisçisi Vüqar Tarquliyev kimdir ?

13-11-2021, 21:42

“Hədəf” kursları vergidən necə yayınır ?- “Hədəf”in həmtəsisçisi Vüqar Tarquliyev kimdir ?
Sovet dövründə normal təhsil sistemi var idi .
Hər hansı hazırlıqdan, yaxud repetitor şəbəkəsindən söhbət gedə bilməzdi.
Ancaq son 20 ildir hazırlıq kursları, repetitor- müəllimlər cəmiyyət üçün əməlli-başlı problemə çevrilib.
Təsəvvür edirsiniz, məktəb direktoru məktəbdə yer vermək üçün müəllimlərdən hər ay pul alır.
Bu azmış kimi şagirdləri filan kursa, yaxud filan müəllimə yönəltmək məktəb direktorları üçün əməlli-başlı biznesdir.
Bir sözlə, şagird hazırlıq kursları biznes şəbəkəsinə çevrilib.
Hələ kursların fəaliyyəti üçün Təhsil Nazirliyindən lisenziya almaq da bir cürə biznesidr.
Ən dəhşətlisi odur ki, şagird hazırlıq kurslarındakı qiymətlər günbəgün artır. Və..
Bəli, bu hazırlıq kurslarının nə qədər vergi ödəməsi barədə heç bir rəsmi məlumat yoxdur.
Adamdan soruşarlar ki, yüzlərlə şagird hazırlıq kurslarına gəlirsə, hər ay repetitor müəllimlər bu kurslardan maaş alırsa, nə üçün dövlətə vergi ödəmirsiniz ?
Azərbaycanda fəaliyyət göstərən tanınmış kurslardan biri də “Hədəf” hazırlıq kursudur.
“Hədəf” kursları 10 ildir ki, fəaliyyət göstərir.

Kursların Bakı və Sumqayıt şəhərləri üzrə 6 filiallı fəaliyyət göstərir.
Ölkənin böyük şəhərlərində fəaliyyət göstərən “Hədəf” kurslarının “qara mühasibat”lığı görəsən Vergilər Nazirliyinin diqqətindən niyə yayınır ?
Məlumat üçün qeyd edək ki, “Hədəf” kurslarının həmtəsisçisi və baş direktoru Şəmil Sadıqov, digər həmtəsisçi Vüqar Tarquliyev, “Hədəf” kurslarının icraçı direktoru Emin Sadıqovdur.
“Hədəf” hədəfdən niyə yayınır və Vüqar Tarquliyev kimdir ?
Bu barədə növbəti yazıda.
gundelik baki.com
Teref.az olaraq məqalədə qaldırılmış iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq!


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi