Təhsil Nazirliyində ŞÜBHƏLİ TƏYİNAT - Əmrullayevlə də uzağa gedə bilməyəcəyik...
Bütün dövrlərdə təhsil mafiyası olub. Təhsil sahəsi çox güclü biznes sahəsidir.
Lap aşağıdan başlayaq.
Uşaq bağçalarına düzəlmə, konkret müəllim seçimi, rus bölməsinə düzəlmə hamısı rüşvətlə, pulladır.
İndi keçək orta məktəblərə. Eyni hal burada da davam edir.
Orta məktəblərdəki fond pulundan əlavə repetitor problemi var. Şagirdlər repetitor yanına getmək üçün mütləq məktəb rəhbərliyinə “aylıq” verməlidir. Müəllimlər repetitor hazılığı üçün məktəb direktoru ilə 50-50-yə bəzən, 60-40 % razılaşırlar.
Təsəvvür edirsiniz təkcə bir fəndən 100-lərlə şagird, hazırlıq pulu ən azı 70-100 manat olsa, bu təkcə bir fəndən 10 min manat pul edir. Bunu fənlərin sayına vursaq böyük məbləğ alınır.
Sözün qısas məktəblərimiz bazara çevrilib. Son illərdə müəllimlərin qız şagirdlərinə qarşı rüsvayçı münasibəti və digər rəzalət halları onu göstərir ki, Azərbaycanda təhsil böhran vəziyy
ətindədir.
Orta məktəbdən sonra peşə-litsey, kollec, ali təhsil gəlir.
Peşə litseylərində müəllimlərin adı dərsdə gedir, təlim ustaları və s bunların “ölü canlardır”. Maaşları isə litseyin direktorları 50-50-yə mənimsəyir.
Kolleclərdə də vəziyyət eynidir.
Ali məktəblərdə isə vəziyyət dözülməzdir. Rüşvətin adını dəyişib TƏHSİL HAQQI qoyublar. Təhsil Haqqının isə dünyada analoqu yoxdur. Ona görə də rektorlar tələbələrin qovulmasında maraqlı deyillər, əksinə düşünürlər ki, tələbə hər il 3-4 min manat ali məktəbə pul köçürür. Deməli, yüksək təhsil almaqda nə müəllimin, nə də tələbənin marağı yoxdur. Hətta hər ali məktəbdə “qayıb”ların manatla qiyməti var, imtahanların öz qiyməti, kəsr olsa pul köçürməlisən və s.
Konkret tanışım danışır ki, savadım var, özüm magistraturaya daxil olmuşam və mövzu istəyirəm ki, müdafiə edəm. Ancaq rəhbərim deyir ki, sən yaza bilməzsən 2 min ver sənə hazır mövzu verim.
Bax uşaq bağçasından ali məktəbə, magistraturaya qədər vəziyyət eynidir.
Yeni təhsil naziri Emin Əmrullayev guya Allah qoymasa, islahatçı kimi, Qərb təhsili görmüş şəxs kimi nazir təyin olundu. Ancaq gələn kimi Təhsil İnstitutunda xalası qızına vəzifə verdi.
Bu Qərb təhsili deyil e, tayfabazlıqdır, traybalizmdir.
Hələ bu harasıdır. Emin Əmrullayev Dərnəgül bazarından Təhsil Nazirliyinə “kadro” gətirib.
Ümumiyyətlı, nazir olduğu müddətdə Emin Əmrullayev Azərbaycan təhsilində heç bir müsbət dəyişiklik edə bilməyib.
Odur ki, hazırda məktəblərdə ənənəvi bazar qaydaları, ali məktəblərdə “köhnə hamam, köhnə tas” yanaşması davam etməkdədir.
Emin Əmrullayevin sinəsinə döydüyü bir məsələ var: “Mən özümü sizdən bilikli hesab edirəm, ən azı Bayıldan o tərəfdə təhsil almışam. Siz biliklərinizi harda və necə əldə etmisiniz?”
Bəs sənin Bayıldan o tərəfin nə oldu, cənab Əmrullayev ?
Bunu əməlində göstər də.
Cənab nazir ! Siz bircə dəfə də olsun təhsil haqqının dözülməz olduğunu dilinizə gətiirmədiniz.
İndi özünüz deyin……
Son günlərdə müxtəlif ziyalılar, deputatlar təklif edir ki, Şuşada, Ağdamda, Füzulidə universitetlər açılsın.
Tam məsuliyyətlə deyirk ki, Emin Əmrullayev kimi naziri olan təhsil sistemini Şuşaya, Ağdama buraxmaq olmaz. //gundelik-baku.com//