azia.az
azia.az

Azəri Hazırlıq Kursları

5-09-2018, 07:15

Azəri  Hazırlıq  Kursları
Azəri  Hazırlıq  Kursları

Azəri Hazırlıq Kursları

Azəri hazırlıq kursları 2012-ci ildən Sumqayıt şəhərində fəaliyyətə başlamışdır. Kursun 2014-cü ildən Xırdalan, 2017-ci ildən isə Gəncə filialları fəaliyyətə başlamışdır. Az müddət ərzində kurs öz yüksək göstəriciləri ilə ictimaiyyətin nəzərini cəlb etmişdir.
Kursda bütün ixtisas qrupları üzrə Ali məktəblərə hazırlıqlar təşkil olunub,şagird hansı ixtisas qrupu üzrə seçim edirsə kursda həmin ixtisas qrupuna düşən 5 fənn tədris olunur. Məs: III qrup üzrə : azərbaycan dili, ədəbiyyat, ingilis dili, tarix, riyaziyyat və s. Şagirdlərə həftəlik Quiz test imtahanı, aylıq Mövzu sınaq imtahanı, ilin sonuna doğru Ümumi sınaq imtahanı keçirilir.

Quiz testlərinin əhəmiyyəti:

 Şagird hər həftə keçdiyi mövzulardan quiz testləri vasitəsilə imtahan olunur. Məqsəd bir həftə ərzində keçirilən mövzuları şagirdin necə mənimsəməsini üzə çıxarmaqdır. Əgər şagirdin quiz nəticələri yaxşı olmazsa,əlavə dərslər təyin edilir və həmin mövzu təkrar izah olunur.

Aylıq sınaq imtahanları:

 Şagirdlərə hər ay sınaq imtahanı keçirilir və imtahan nəticələri valideynlərə təqdim olunur.
 Bunun müsbət tərəfləri:
1. Valideyn olaraq siz övladınızın bilik səviyyəsinə nəzarət edə bilirsiniz.
2. Şagird özü bilik səviyyəsini görür və məsuliyyəti artır.
3. Psixoloji olaraq test vərdişi yaranır. Bu da qəbul imtahanı zamanı ortaya çıxan psixoloji problemlərin aradan qalxmasına kömək edir.

İmtahan nəticələrinə görə aylıq güzəştlərimiz:

1-ci yer üçün - 100%
2-ci yer üçün - 50%
3-cü yer üçün - 30%

Kursun direktoru Rafiz Abbasov, Xırdalan filialının rəhbəri İlkin müəllim, gənclərimizin təhsili ilə yanaşı kursun hesabına vaxtaşırı respublikanın səfalı guşələrinə səyahətlər təşkil edirlər.
Kursda Rafiz müəllim başda olmaqla təcrübəli müəllimlər fəaliyyət göstərirlər. Bunlardan Qulu müəllim, Rəhim müəllim (riyaziyyat), Rüstəm müəllim, Araz müəllim (tarix), Mətanət müəllimə, Mənsumə müəllimə (coğrafiya), Gülnar müəllimə, Ramin müəllim (fizika), Vaqif müəllim, Gülnarə müəllimə, Vüsalə müəllimə (azərbaycan dili və ədəbiyyat), Dilşad müəllimə, Nəcibə müəllimə, Günel müəllimə (kimya), Rövşən müəllim, Qasım müəllim, Səfiyyə müəllimə (ingilis dili), Fidan müəllimə, Ruhiyyə müəllimə (biologiya) və sairə bacarıqlı, tələbkar müəllimlər gənclərimizə elmin sirlərinin dərindən öyrədilməsi üçün əzmlə çalışırlar. Məhz bunun nəticəsidir ki, kursun abituriyentləri qəbul imtahanlarında 98% nəticə ilə seçilirlər.

Fərdi hazırlıqla kursumuzun fərqləri :

 Fərdi hazırlıqda müxtəlif ünvanlara getdiyi üçün nə qədər vaxt itkisi, eyni zamanda yol yorğunluğu, enerji sərf olunur.
 Digər fərqimiz şagirdlər öz səviyyələrinə görə yerləşdirilir, yəni 200 bal toplayan şagirdlə 450 bal toplayan şagird eyni qrupda oturmur.
 Valideynlərlə mütəmadi əlaqə saxlanılır. Heç bir fərdi hazırlığın şəraiti yoxdur ki, hər ay sınaq imtahanı keçirsin və nəticələri valideynə göndərsin.
 Kursun üstün cəhəti ondan ibarətdir ki, şagird hazırlaşdığı fənlər üzrə bir ünvana gəlir, bu da öz növbəsində vaxta qənaət deməkdir.
 Şagirdlər haqqında valideynlər məlumatlandırılır. Ümumi davranış, dərsə hazırlıq səviyyəsi və s. məsələlər xəbər verilir.

Əziz valideynlər, Sizləri uşaqlarınızın gələcəyinin təminatı üçün
“ AZƏRİ HAZIRLIQ KURSLARI”na dəvət edirik.

Əlaqələrimiz:

Sumqayıt filialı : 13-cü mkr., Niyazi küç.
(+994 18) 656 50 42
(+994 55) 748 39 51
(+994 51) 683 04 03

Xırdalan filialı : H.Əliyev pr., 30-cu məhəllə
(+994 12) 408 39 53
(+994 50) 850 39 53

Gəncə filialı : H.Əliyev pr., (Azərittifaq)
(+994 22) 265 00 48
(+994 55) 225 55 60


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi