azia.az
azia.az

P. Nəzərov adına 60 saylı məktəbdə Nazirin​ əmrinə məhəl qoyulmayıb – MÜDHİŞ RƏZALƏT

1-11-2021, 21:37

P. Nəzərov adına 60 saylı məktəbdə Nazirin​ əmrinə məhəl qoyulmayıb – MÜDHİŞ RƏZALƏT
Xeyli müddət bundan öncə GundemXeber.az saytının redaksiyasına Bakı şəhəri, Yasamal rayonu, Rastropoviç küçəsi, ev-24, mən-1 ünvanında yaşayan Əliyeva Əsmər Ənvər qızının, Azərbaycan Respublikasının Təhsil Naziri cənab Emin Əmrullayevə yazmış olduğu şikayət ərizəsinin bir surəti daxil olub. Şikayətçi xanım yazdığı ərizəsində qeyd edir: “Övladım Əliyeva Nigar Fəqan qızı 2020-2021-ci ilin tədris-buraxılış ilində Bakı şəhəri, P. Həzərov adına 60 saylı tam orta məktəbin 4-cü sinifində təhsil alsa da, o, heç bir əsas və onun valideyini olaraq bizim razılığımız olmadan sinifdə saxlanıb. Hansı ki, övladım bu ilin yeni tədris ilində 5-ci sinifdə təhsil almalı idi. Təhsil Nazirinin müvafiq əmri var və bu əmrə əsasən ibtidai siniflərdə təhsil alan şagirdlər əsaslı səbəb olmadan sinifdə saxlanıla bilməzlər. Yəni, təhsil qanunvericiliyimizə əsasən ibtidai siniflərdə şagirdlərin sinifdə saxlanılmasına heç bir halda icazə verilmir. İbtidai sinif şagirdlərinin təkrar sinifdə saxlanılması üçün yeganə əsas səbəb, onların uzun müddət ərzində hansısa xəstəliklə üz-üzə qalmaları, yaxud da uzun müddət ərzində məktəbdən yayınma halları baş verdikdə, onların sinifdə saxlanmaları mümkün ola bilər. Bu kimi halların olmamasına baxmayaraq, övladım Nigar Əliyeva 2020-2021-ci ilin tədris-buraxılış ilində əsaslı səbəb olmadan sinifdə saxlanılıb. Qeyd edim ki, bir neçə gün bundan öncə üz-üzə qaldığımız belə bir problemlə bağlı 60 saylı tam orta məktəbin ibtidai-sinif müəlliməsi Cabbarova Məleykə Sadıq qızı ilə əlaqə saxladıq və ona fikirlərimizi çatdırdıq. Eyni zamanda bu məsələ ilə bağlı qəti etirazımızı bildirsək də, bizə bir cavab vermədi və bu ilin avqust ayında 60 saylı tam orta məktəbə direktor təyin olunan Emilya xanım Səfərəliyeva ilə əlaqə saxlamağımızı məsləhət gördülər. O halda onlara bildirdik ki, axı övladımız sinifdə əvvəlki direktorun vaxtında saxlanılıb, bizim yeni rəhbərliklə əlaqə saxlamağımızın nə əhəmiyyəti var? Buna baxmayaraq, bir qədər götür-qoy etdikdən sonra Emilya xanımla əlaqə saxladıq. Elə ki, yeni rəhbərliklə görüşümüz baş tutdu, o halda o, bizə “Övladınızın 4-cü sinifdən 5-ci sinifə keçirilməsi üçün, Təhsil Nazirliyinə və Bakı şəhəri üzrə Təhsil İdarəsinə müraciət edin. Həmin qurumlar hansı qərarı versələr, biz də həmin qərara uyğun addımımızı atarıq” deyə cavab verdi. Bu gün övladımız təhsildən kənarda qalmasın deyə, onun şəxsi işlərini 60 nömrəli tam orta məktəbdən götürüb 134 saylı orta məktəbə təqdim etmişik. Hal-hazırda Nigar Əliyeva təhsilini 134 saylı orta məktəbdə davam etdirsə də, bu gün o, 4-cü sinif dərslikləri əsasında təkrar təhsil alır. Onu da bildirim ki, Nigar Əliyeva 2021-ci ilin yanvar ayında summativdən uğurla keçsə də, onun belə bir göstəricisi sinif müəlliməsinin səhlənkarlığı ucbatından, yaxud da hansısa səbəblər üzündən şəxsi işində qeyd olunmayıb. Bütün bunlar övladım Nigar Əliyevanın hədsiz sarsıntılar keçirməsinə, davranışında və yanaşmasında müəyyən problemlərin və s. əmələ gəlməsinə səbəb olmaqdadır”.
Baş verənləri təhlil edib bu gün belə qənaətə gəlmək olar ki, P.Nəzərov adına 60 saylı tam orta məktəbdə nəinki təhsil haqqında Qanunun tələbləri, hətta Təhsil Nazirinin müvafiq əmrinin tələbləri də saya salınmayıb. Çünki, adı çəkilən bu təhsil müəssisəsində ibtidai sinif bazasında təhsil alan şagird əsaslı səbəb olmadan sinifdə saxlanılırsa, deməli bu təhsil ocağında hər cür anarxiya, hər cür qanunsuzluq halları baş verir. Belə olan halda hər kəsdə belə bir qənaət də formalaşa bilər ki, 60 saylı tam orta məktəbdə nəinki Bakı şəhəri üzrə Təhsil İdarəsi rəhbərliyinin, heç Təhsil Nazirinin də əmr və tapşırıqları “priznavat olunmur”.
Mövzuya qayıdacağıq.

GundemXeber.Az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi