azia.az
azia.az

Bakının bir sıra məktəblərində COVID-xəstələri aşkarlandı, bir neçə sinif bağlandı

6-10-2021, 14:04


Bakının bir sıra məktəblərində COVID-xəstələri aşkarlandı, bir neçə sinif bağlandı
Bakıda iki məktəbin şagirdləri arasında koronavirusa yoluxma faktları olduğundan bir neçə sinif distant təhsilə keçib. Tahir Həsənov adına 23 nömrəli məktəbin üç sinfində şagirdlərin COVID-19 infeksiyasina yoluxması təsdiq olunduğu üçün həmin sinifdə əyani tədris prosesi 14 gün müddətində distant təhsillə əvəz olunub.

Analoji hadisə “Baku-Oxford School”-da da qeydə alınıb. Belə ki, həmin təhsil ocağında da yoluxma səbəbindən bir sinif distant təhsilə keçib.

Xatırladaq ki, bundan əvvəl 162 nömrəli tam orta məktəbin 8 ç sinfində 3 şagirdin COVID-19 infeksiyasina yoluxması təsdiq olunduğu üçün həmin sinifdə əyani tədris prosesi 14 gün müddətində distant təhsillə əvəz olunub.

Qeyd edək ki, hər üç təhsil müəssisəsində əyani təhsil davam edir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi